FACT-INFO.AZ » XƏBƏR » Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır
26-04-2024, 18:00 | XƏBƏR
Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması prosesi ilə bağlı əsaslı və müsbət bəyanatlar verdi. Bir neçə gün əvvəl buna etiraz edənlərin olmasına baxmayaraq, dörd kəndin Azərbaycana qaytarılması prosesi də uğurla reallaşdı. Erməni siyasətçiləri arasında müəyyən etirazlar var, bəli, lakin rəsmi İrəvan Azərbaycanla bu qarşıdurmanın daha çox özünün zərərinə işlədiyini başa düşüb ki, işğal siyasətinə son qoymağa qərar verib. Lakin bu prosesdə gərginliyin artması ilə qidalanan Fransa kimi ölkələr Ermənistanın bu münasibətinə qarşı çıxır. Eynilə ABŞ və digər ölkələrdəki erməni diaspor nümayəndələrinin də gərginliyin davam etdirilməsinin tərəfdarı olduqlarını görə bilərik.

Bu fikirləri Türkiyənin “Optimar Araşdırma” şirkətinin rəhbəri, siyasi ekspert Hilmi Daşdemir səsləndirib.

Qondarma “erməni soyqırımı” məsələsinə toxunan müsahib Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryanın buna dair sözlərini xatırladaraq deyib: “Köçəryan hər il “soyqırımı” ilə bağlı mərasimlərin keçirildiyini, lakin buna dair açılan muzeydəki şəkillər və sənədlərin belə inandırıcılıq səviyyəsinin aşağı olduğunu bildirdi. O, hətta 1915-ci il hadisələrində ölənlərin sayı ilə bağlı müəmmaların olduğunu da dedi. Bu, bir növ həqiqəti qəbul etməkdir. Bu sözlərdən də göründüyü kimi, erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır. Bütün bunlar başlı-başına olan irəliləyişlər deyil. Bu, İlham Əliyevin liderliyi ilə Azərbaycan və Türkiyə prezidentlərinin müəyyən ahənglə hərəkət etməsinin qələbəsidir. Bəli, problemlər hələ də tam aradan qalxmayıb. Hələ gedəcəyimiz uzun yol var. Lakin hazırda burada ən mühüm amil Azərbaycan və Türkiyənin erməni məsələsi ilə bağlı həqiqətləri həm Qərb, həm də bütün dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırmasıdır. Bu mövzu və ümumiyyətlə, erməni həqiqətlərinə dair sənədlər, məqalələr və sənədli filmlərin müxtəlif dillərdə hazırlanıb daha çox insana çatdırılması xüsusilə hazırkı vəziyyətdə olduqca vacibdir”.(Azərtac)




Baxış sayı: 75
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30