FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib
24-04-2024, 14:30 | XƏBƏR
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosuna müsahibə verib.

Fact-info.az xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində ötən ilin sentyabrında Azərbaycanın Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən qanunsuz işğalına son qoyduğunu deyib. O bildirib ki, sülh üçün ən böyük maneə, yəni, Ermənistanın Azərbaycan ərazisində qeyri-qanuni hərbi mövcudluğu məsələsi öz həllini tapıb. E.Əmirbəyov, bununla da iki ölkə arasında sülh sazişi bağlamaq üçün real və unikal şansların olduğuna inandığını deyib. O, bildirib ki, iki ölkə heç vaxt sülhə bu qədər yaxın olmayıb.

E.Əmirbəyov Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlamağı haqqında da məlumat verib. Onun sözlərinə görə, bu mövzuda vacib məqamlardan biri də odur ki, bu qərar heç bir üçüncü kənar tərəfin iştirakı olmadan Ermənistan və Azərbaycanın birbaşa ikitərəfli iştirakı nəticəsində qəbul edilib.

“Ermənistan ilk dəfə olaraq torpaqlarımızın işğalına hərbi əməliyyatlar nəticəsində deyil, diplomatik yollarla son qoyub. Bu, Ermənistanın və onun Qərb havadarlarının irəli sürdüyü Azərbaycanın sülh prosesində qalan çətinlikləri güc yolu ilə həll etmək istədiyi kimi iddialarının əsassız və yalan olduğunu sübut etdi. Biz sülhün tərəfdarıyıq”, - deyə Elçin Əmirbəyov qeyd edib.

O, iki ölkə arasında mövcud olan bəzi məsələlərin həll edilməsinin də önəminə toxunub. Ermənistanın hazırkı milli qanunvericiliyində, o cümlədən konstitusiyasında Qarabağın Ermənistanın bir hissəsi kimi göstərildiyini, bunun da açıq şəkildə Azərbaycana qarşı ərazi iddiası olduğunu deyib: “Ermənistanın hazırkı milli qanunvericiliyi, o cümlədən onun konstitusiyasında Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Deməli, bu, doğrudan da, Azərbaycana qarşı ərazi iddiasıdır. İlk növbədə, hesab edirəm ki, əgər biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsası kimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına ciddi yanaşırıqsa, Ermənistan bu məsələni həll etməlidir. Xüsusən də Ermənistanın baş naziri Nikol Paşinyanın bir çox hallarda Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını təsdiqləməsindən sonra…”.

Elçin Əmirbəyov Azərbaycanın mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə tam sadiqliyini bir daha təsdiqləyib. Azərbaycanın iki ölkə arasında danışıqların intensivləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

“Biz, həmçinin Ermənistanı əmin etmək istərdik ki, sülh sazişini təşkil edən əsas prinsiplər, yəni, bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının tanınması həm də Azərbaycanın üzərinə götürdüyü öhdəlikdir”, - deyə E.Əmirbəyov vurğulayıb.

O, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsinin Ermənistan tərəfindən blokadada olduğunu qeyd edib: “Bu onu göstərir ki, üç il yarım əvvəl Ermənistanın baş naziri N.Paşinyan İkinci Qarabağ müharibəsinin başa çatması nəticəsində üçtərəfli Bəyannaməni imzalamaqla götürdüyü öhdəlikdən açıq şəkildə kənara çıxır”.





Baxış sayı: 100
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30