FACT-INFO.AZ » XƏBƏR » Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı qoyuldu
24-04-2024, 07:00 | XƏBƏR
Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı qoyuldu

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı qoyulub.

Fact-info.az bildirir ki,bunu yeni doğulan körpənin atası Abbas Abdullayev deyib.

"Biz istəyirik ki, övladımız da cənab Prezident İlham Əliyev kimi dövlətinə, millətinə bağlı olsun. Şükürlər olsun bu günümüzə. Biz deyə bilirik ki, 36 ildən sonra Xankəndi şəhərində oğlan uşağı dünyaya gəldi. Şükürlər olsun, torpaqlarımız azad olundu. Suveren Azərbaycan torpaqlarında yaşayırıq.

Allah ordumuzu Ali Baş Komandanımızı qorusun. Bizə bu günü yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mənim uzun illər idi arzum, diləyim vardı ki, uşağıma Ali Baş Komandanımızın adını qoyum.

Mən istəyirəm, övladım onun kimi dövlətinə, millətinə, torpağına bağlı olsun və həmin addımlarla irəliləsin. Övladımın adını İlham qoyuram", - o qeyd edib.

Xankəndi mərkəzi şəhər xəstəxanasının baş həkimi Jalə Oktayzadə bildirib ki, hazırda yeni doğulan körpənin və ananın vəziyyəti stabildir:

"Səadət Namazova və Abbas Abdullayevin ilk körpələri dünyaya göz açıb. Körpəmiz 3 kq çəkidə, 49 sm uzunluqda doğulub. Hazırda ananın və uşağın vəziyyəti stabildir. Lazımi tibbi yardımlar göstərilir. Vətənə, millətə, dövlətə xeyirli övlad olmasını diləyirik".

Qeyd edək ki, işğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qr., boyu 49 sm. olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.





Baxış sayı: 135
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30