FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi Sankt-Peterburqda qeyd olunub
23-04-2024, 14:00 | MƏDƏNİYYƏT
Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi Sankt-Peterburqda qeyd olunub

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi Sankt-Peterburqda qeyd edilib.

Fact-info.az xəbər verir ki, “Moskva” otelinin konfrans zalında təşkil olunan tədbir Rusiyada fəaliyyət göstərən “Çinar” Milli-Mədəni Mərkəzinin sədr müavini Ülviyyə Abbasovanın və Rusiya-Azərbaycan Mədəni və Humanitar Əməkdaşlıq Mərkəzinin sədri Eldar Əlizadənin birgə səyləri nəticəsində baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirə Rusiyanın şimal paytaxtında yaşayan soydaşlarımız, elm xadimləri, tədqiqatçı alimlər, müxtəlif xalqların diaspor təşkilatlarının nümayəndələri qatılıblar. Tədbirin xüsusi qonağı isə Türkiyədə yaşayan soydaşımız, tarix elmləri namizədi, Cümhuriyyət dövrünün tədqiqatçısı və həmin dövrə aid sanballı arxıv materialları kolleksiyasına sahib Dilqəm Əhməd olub.

“Çinar” Milli Mədəni Mərkəzinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Xeyransa Mirzəyeva, filoloq Ülviyyə Abbasova çıxışlarında Azərbaycanın dövlətçilik və ictimai fikir tarixində xüsusi yer tutan Məhəmməd Əmin Rəsulzadənin mühüm xidmətlərindən, onun irsinin Vətəndən kənarda yaşayan gənclərimizə də aşılanmasının önəmindən danışıblar.

“Musa Əfəndi və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” mövzusunda çıxış edən alim Almira Tahircanova Məhəmməd Əmin Rəsulzadənin Rusiyadan Finlandiyaya keçməsinə kömək etmiş babası Musa Əfəndinin (Musa Biqeyev) fəaliyyəti, Rəsulzadə ilə görüşləri haqqında məruzə ilə çıxış edib, tarixi fotolar, arxiv materialları nümayiş etdirib.

Tədbirdə rusiyalı tarixçi alimlər Aleksandr Punçenkovun və Vladimir Mixaylovun da məruzələri dinlənilib. Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, türkoloq Şahnaz Kamal “Azərbaycançılıq ideologiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadə” mövzusunda çıxış edib.

Cümhuriyyət dövrünün tədqiqatçısı Dilqəm Əhmədin təqdim etdiyi arxiv materialları və şəxsi kolleksiyasında yer alan fotolar iştirakçıların böyük marağına səbəb olub. Çoxsaylı sualları cavablandıran Dilqəm Əhməd müəllifi olduğu kitabları tədbirin təşkilatçılarına hədiyyə edib.





Baxış sayı: 95
MEK elektron xidmətlərini təqdim edir Bu gün, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Bu gün, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Bu gün, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Bu gün, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Bu gün, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Bu gün, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930