FACT-INFO.AZ » XƏBƏR » Dövlətlərarası münasibətlər şaquli deyil, hər zaman üfüqi istiqamətdə davam etməlidir
23-04-2024, 11:38 | XƏBƏR
Dövlətlərarası münasibətlər şaquli deyil, hər zaman üfüqi istiqamətdə davam etməlidir
XI Qızıl Ordunun 1920-ci ilin aprelində Bakıya gələcəyi ilə bağlı Üzeyir Hacıbəyli işğaldan üç gün əvvəl, 25 apreldə “Azərbaycan” qəzetində yazırdı: “Bu işğalçı ordudur. Onlar Azərbaycanın müstəqilliyinə təhlükədir...”. Tarixin acı reallığıdır ki, bu işğal faktı 70 il davam etdi. Son 30 il ərzində isə rus qoşunlarının himayədarlığı, ermənilərə birbaşa dəstəyi ilə Qarabağ münaqişəsi regiona fəlakət gətirdi.
Nəhayət dövlətimizin gücü, əsgərlərimizin şücaəti, Ali Baş Komandanın qətiyyəti nəticəsində biz qələbəni qazandıq. Çox mürəkkəb bir münaqişəyə son qoyuldu. Vətən müharibəsi bir çox həqiqətləri bir daha təsdiqlədi. Tarixi qələbəmiz 44 günlük müharibənin həqiqət anıdır. Bu da bir həqiqət anı idi ki, rus sülhməramlıları bölgəyə müvəqqəti gətirilmişdi. Bir acı reallıq ortada idi ki, münaqişəni yaradanda, davam etdirəndə həmin qüvvələr olub. Nəhayət həmin o rus sülhməramlılar bu, torpaqlardan əbədi olaraq getdilər.Böyük məmnunluqla tərketmə prosessinin video kadrlarını izlədik. Azərbaycan diplomatiyasını alqışlayırıq.
Bu gün sürətlə davam edən strateji məqamların mahiyyətinə o qədər diqqət yetirməsək də bu, hadisə, yəni rus sülhməramlılarının Azərbaycan torpaqlarını tərk etməsi son iki yüz ilin ən böyük tarixi qələbəsidir. Real vəziyyəti təhlil edəndə, bu qənaətə gəlmək olardı ki, onların Qarabağda qalmasına heç bir səbəb yox idi. Bizim torpaqlarımıza yabancı ordu heç zaman sülh, əmin-amanlıq, ədalət gətirə bilməz.
Şimal qonşumuzla bütün sferalarda Azərbaycanın milli maraqları çərçivəsində əlaqələrin olması əhəmiyyətlidir. Qarşılıqlı hörmət şəraitində davam edəcək belə əməkdaşlıq hər iki dövlət üçün faydalı olar. Məsafə saxlamaq şərtilə üfüqi əlaqələrin dərinləşməsi zəruridir. Lakin belə əməkdaşlıq şaquli deyil, hər zaman üfüqi istiqamətdə davam etməlidir. Çünki şaquli əlaqələr digər bir dövlətin müstəqilliyinə, ərazi bütövlüyə təhdiddir. Bu da sabitliyin pozulması deməkdir.
Ukrayna ilə ağır müharibə, dünyada gedən geosiyasi proseslər, tətbiq olunan ciddi sanksiyalar düşünmək olar ki, Rusiya xarici siyasətində dəyişikliyə və yeni bir dönəmin başlanğıcına səbəb olacaq. Nəhayət Şimal qonşumuzun öz qonşuları ilə hədə dili ilə deyil, normal iqtisadi-siyası maraqları təmin edəcək əməkdaşlıq modeli seçəcəyinə inanmaq istərdik.
Əkrəm Bəydəmirli



Baxış sayı: 305
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30