Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.
Fact-info.az xəbər verir ki, tədbirin açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov Ulu Öndərin zəngin irsinin tədqiq edilməsinin vacibliyindən söz açaraq, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə UNEC-də dahi şəxsiyyətin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən 170-ə yaxın tədbirin keçirildiyini və bu tədbirlərin davam etdirildiyini söyləyib. Rektor Ulu Öndərin Qərbi Azərbaycanda formalaşmış milli-mədəni dəyərlərin qorunması, mədəni abidələrin yenidən qurulması ilə bağlı səsləndirdiyi tarixi fikirlərinin, sərəncam və fərmanlarının Azərbaycanın bütövlüyünün təmin edilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb və bütün bunların kitabda öz əksini tapdığını qeyd edib.
Kitabın ideya müəllifi olan professor Vaqif Şadlinski Ümummilli Lider Heydər Əliyev dühasının xalqımızın tarixində, milli-siyasi təfəkküründə və dövlətçilik şüurunda çox böyük məna yükü daşıdığını, bu dahi şəxsiyyətin həyatının hər səhifəsinin əzəmətli bir abidə olduğunu diqqətə çatdırıb.
Ulu Öndər Heydər Əliyev haqqında səmimi və xoş xatirələrlə davam edən görüşün sonunda rektor Ədalət Muradov kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Baxış sayı: 100
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
