Azərbaycan-Çin münasibətləri ilə bağlı bu gün keçirilən tədbirdə məhsuldar müzakirələrin aparılacağına ümid edirəm. Bu cür konfranslar Azərbaycan-Çin münasibətlərində qarşılıqlı tərəfdaşlıq əlaqələrini inkişaf etdirməklə, hər iki ölkənin mövqeyinin üst-üstə düşməsi ilə əlaqədardır. Azərbaycan-Çin münasibətlərinin tarixi 2500 il bundan əvvələ gedib çıxır. Bu, tarixi İpək yolunun salınması ilə bağlıdır. Bu iki ölkənin mədəni və ticari təmasları böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında da öz əksini tapıb. Fact-info.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
İki ölkə arasında energetika sahəsində əməkdaşlığın milli maraqlara söykəndiyini qeyd edən səfir bildirib: “Qlobal təzyiqlərdən asılı olmayaraq Azərbaycan-Çin münasibətləri inkişaf edir. Tayvan məsələsində Azərbaycan öz mövqeyini bəyan edib. Çin isə öz növbəsində BMT-də Qarabağ məsələsində suverenliyinin əsas götürülməsinə əsaslanıb”.
Baxış sayı: 170
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing
