FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir
21-04-2024, 11:00 | XƏBƏR
Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir

“Qazax rayonunun indiyədək işğal altında qalmış 4 kəndinin savaşsız geri alınması Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Bu həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Hadisələrin bu axarda getməsi bir neçə vacib nəticələrə gəlmək imkanı yaradır. Birincisi, Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir”. Bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması və 4 kəndin danışıqlar yolu ilə azad olunması Azərbaycanın haqlı tələbləri idi və hər ikisi yerinə yetirildi: “Bu, Azərbaycanın ərazidə söz sahibi statusunun daha bir təsdiqidir. İkincisi, bu məsələlərin dinc yolla tənzimlənməsi onu göstərir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin bağlanması üçün hər hansı 3- cü tərəfə ehtiyac yoxdur. Nə Qərb, nə Rusiya ikitərəfli danışıqlara müdaxilə etməsə bölgəyə sülhün gəlməsi daha tez baş tuta bilər”.

Deputat bildirib ki, sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması kimi sonrakı proseslər də Azərbaycan və Ermənistan arasında birbaşa dialoq yolu ilə aparılsa tezliklə Cənubi Qafqaz barış və qarşılıqlı əməkdaşlıq bölgəsinə çevrilə bilər: “Hadisələrin bugünkü gedişi onu göstərir ki, Azərbaycan bölgədə öz maraqlarını güdən və bu məqsədlə də sülh yaranmasına mane olmağa çalışan bütün kənar qüvvələrin təsirini neytrallaşdıra bilib və bütövlükdə bölgənin gələcəyi ilə bağlı öz siyasətini və planlarını sonadək həyata keçirmək əzmindədir”.




Baxış sayı: 190
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30