FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
21-04-2024, 10:30 | MƏDƏNİYYƏT
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi Haaqada klassik musiqi konserti ilə qeyd olunub.

Fact-info.az  xəbər verir ki, Haaqanın qədim Nieuve Kerk kilsəsində təşkil olunmuş konsertdə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev çıxış edərək UNESCO Milli Komissiyasının yaradılmasından, ölkəmizin mədəniyyətindən, dünya mədəniyyətinə töhfəsindən, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinə, mədəniyyətimizin təşviqinə verdiyi töhfələrdən danışıb. O, Azərbaycanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş muğam, milli musiqi alətləri tar və kamança kimi 23 nümunə haqqında məlumat verib. Səfir Azərbaycan bəstəkarları və onların dünya mədəniyyətinə verdiyi töhfələrdən də söz açıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsert dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından uvertüra ilə başlayıb. Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova, Nərgiz Əliyeva, Ceyla Seyidova, eləcə də beynəlxalq müsabiqələr laureatları İbrahim Babayev və Asim Xəlilov Ü.Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi dahi bəstəkarların əsərlərini ifa ediblər.

Konsertdə Niderlandın Xarici İşlər Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycan diasporu və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.




Baxış sayı: 125
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30