Dünyanı gözləyən ən böyük böhran əslində beynəlxalq sistemin ikiüzlülüyü, beynəlxalq hüququn işləməməsi və İkinci Dünya müharibəsindən sonra qurulan hegemon sistemin faydasızlığıdır.
Fact-info.az xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Sami Şükri ilə görüşdən sonra mediaya açıqlamasında səsləndirib.
Misir ilə Türkiyə arasındakı əməkdaşlığın hər iki xalq və bölgə üçün əhəmiyyətindən bəhs edən Hakan Fidan Qəzza zolağına humanitar yardımların Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə çatdırılması istiqamətində fasiləsiz koordinasiyalı fəaliyyət apardıqlarını deyib. O, İsrail-Fələstin münaqişənin beynəlxalq hüquqa uyğun həllini tapmadığı təqdirdə bölgədə bu kimi böhranların artaraq davam edəcəyini bir daha diqqətə çatdırıb.
Sami Şükri də öz növbəsində bölgədə baş verən son hadisələr, eləcə də artan gərginlik ilə bağlı ölkəsinin ciddi narahatlıq hissi keçirdiyini qeyd edib.
Nazirlər görüşdə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq, Türkiyənin Misirə investisiyaları, regional təhlükəsizlik və digər aktual məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını bildiriblər.
Baxış sayı: 90
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
