G7 ölkələrinin xarici işlər nazirləri Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh prosesinə sadiq qalmağa çağırıb.
Fact-info.az xəbər verir ki, bu barədə G7 ölkələrinin XİN başçılarının Kapri adasında keçirilən üçgünlük görüşünün yekunu üzrə birgə bəyanatında bildirilib.
“Biz Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq”, - sənəddə qeyd edilib.
G7 ölkələri regionda vəziyyətin daha da gərginləşməsinin qəbuledilməz olduğunu və bütün səviyyələrdə, xüsusən də Avropa İttifaqı və ABŞ tərəfindən təqdim edilən danışıqlar çərçivəsində gələcək konstruktiv təmasları təşviq etməyə hazır olduqlarını vurğulayıblar.
Baxış sayı: 50
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
