FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qobustan Milli Tarix-Bədii Qoruğunda möhtəşəm tədbir
19-04-2024, 07:00 | MƏDƏNİYYƏT
Qobustan Milli Tarix-Bədii Qoruğunda möhtəşəm tədbir

Tarixin daş yaddaşı hesab olunan Qobustan qoruğuna Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə xeyli yerli və xarici turist üz tutmuşdu. Tarixin sirdaşı olan bu qədim insan məskəni ziyarətçilərinə sanki hər daşı, qayası ilə özü bələdçilik edir. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə hazırlanmış ədəbi-bədii proqram isə hər kəsin xoş istirahəti üçün yaxşı fürsət yaratmışdı. Proqrama uyğun olaraq rəqs edən də vardı, oxuyan da, rəsm çəkən də, öz əl işlərini qonaqlara təklif edən də. Bir sözlə, qoruqda əsl bayram ab-havası hökm sürürdü.

Fact-info.az xəbər verir ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il Mədəniyyət Nazirliyinin dəstəyi ilə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Qobustan Milli Tarix-Bədii Qoruğunda təşkil olunan bu ədəbi-bədii proqram da həmin silsilə tədbirlərdən biridir.

Bu gün qoruqda abidələrin qorunması, öyrənilməsi və təbliği istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib: “Biz son illər bu beynəlxalq təbiri böyük qürur və iftixar hissi ilə qeyd edirik. Ona görə ki, artıq cənnət Qarabağımız düşmən tapdağından azad olunub. Bu, bizə imkan verir ki, uzun illər erməni vandalları tərəfindən dağıdılmış, talan edilmiş tarixi abidələrimizi yenidən bərpa edək və onları gələcək nəsillərə ötürək. Bizim qoruğun da əsas fəaliyyət istiqamətində tarixi abidələrimizin saxlanılması və gələcək nəsillərə ötürməsi dayanır. Düşünürəm ki, belə tədbirlər bizə tariximizin bir parçası olan qədim abidələrimizin dünyada geniş şəkildə təbliğ olunması baxımından geniş fürsət yaradır”.





Baxış sayı: 130
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30