Azərbaycan Milli Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib.
Fact-info.az xəbər verir ki, sərgidə Azərbaycanın mövcud tarixi, dini və mədəniyyət abidələrinin, dünya tarixi abidələrinin mühafizəsi və bərpası, mədəni irsimizi beynəlxalq aləmdə təbliği haqqında kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Sərgi bir həftə davam edəcək. UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında hər il 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olunub.
Baxış sayı: 105
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
