ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib.
Fact-info.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ABŞ-nin 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi olmadığını diqqətə çatdırıb.
O, Rusiya sülhməramlı kontingentinin "daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görmədiklərini" vurğulayıb.
"Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq", - Dövlət Departamentinin rəsmisi qeyd edib (APA).
Baxış sayı: 70
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
