“Biz Azərbaycan və Ermənistanın davamlı və şərəfli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılmasına yardımı davam etməyə hazırıq”. Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel jurnalistlər üçün keçirilən brifinqdə Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmasına dair suala cavabında deyib.
Onun sözlərinə görə, ABŞ 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya qoşunlarının yerləşdirilməsini nəzərdə tutan üçtərəfli razılaşmanın tərəfi olmayıb. “Açığı, biz Rusiya hərbçilərinin daha dinc və stabil Cənubi Qafqaz regionu üçün töhfə verdiyini göstərən heç nə görməmişik”, - deyə V.Patel qeyd edib.
Baxış sayı: 40
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
