FACT-INFO.AZ » İQTİSADİYYAT » “Duzdağ”-da nə baş verir?
15-04-2024, 16:00 | İQTİSADİYYAT
“Duzdağ”-da nə baş verir?

Naxçıvan Muxtar Respublikası “Duzdağ” Fizioterapiya Mərkəzi 1979-cu ildən fəaliyyət göstərir. Yarandığı ilk günlərdə 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında yaradılan mərkəz 2003-cü ildə müasir tələblərə uyğun yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib. Hazırda publik-hüquqi şəxs statusu daşıyan mərkəz 474 çarpayı ilə fəaliyyət göstərir. Hər il Azərbaycandan, eləcə dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan müalicə üçün “Duzdağ”a üz tuturlar.   

Minlərlə insana şəfa verən sağlamlıq ocağının əməkdaşlarının isə dərdinə çarə qılan tapılmır. Belə ki, Duzdağ Fizioterapiya Mərkəzinin işçiləri 4 aydan çoxdur ki, əməkhaqqı ala bilmirlər. Bu gün mərkəzin 40-dan çox əməkdaşı Naxçıvan Ali Məclisi binasının önünə toplaşaraq əməkhaqqı ala bilmədiklərinə görə, etiraz ediblər. Onların sözlərinə görə, əvvəllər də maaşlarının gecikdiyi hallar olub, amma bu qədər uzun müddətdə heç vaxt baş verməyib sonuncu dəfə dekabrın 15-də əməkhaqqı alıblar.

İşçilər deyir ki, onları Naxçıvan şəhərindən Duzdağa aparan servis avtomobili ödənişlidir. Bu gün pul tapa bilməyiblər, ona görə də heç kim işə çıxmayıb.

İşçilər indiyədək dəfələrlə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına müraciət etsələr də, heç bir nəticəsi olmayıb.  Mərkəzin əməkdaşları Yeni ili, Novruz və Ramazan bayramlarını pulsuz keçirdiklərini deyiblər.

Məlumata görə, Naxçıvan Ali Məclisinin yüksək vəzifəli şəxsi şikayətçiləri qəbul edib. Onlara problemin tezliklə həll olunacağı bildirilib.

Qeyd edək ki, son vaxtlar Naxçıvanda belə hadisələr tez-tez baş verir. Bir müddət əvvəl Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin bir qrup əməkdaşı iş şəraitinə etiraz olaraq işə çıxmaqdan imtina etmişdi. Onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısına gələrək çalışdıqları yerdə təhqir olunduqlarını, işləmək üçün heç bir şəraitin yaradılmadığını, əməkhaqlarının azaldıldığını bildirmişdi.




Baxış sayı: 590
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30