FACT-INFO.AZ » SİYASƏT » Aİ-ni və ABŞ-ı regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq
9-04-2024, 09:30 | SİYASƏT
Aİ-ni və ABŞ-ı regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında aprelin 5-də Brüsseldə keçirilmiş görüşdə Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən Ermənistana yardım göstərilməsi barədə qərarlar verilib. Mətbuata verilmiş məlumatda ancaq maliyyə yardımı ediləcəyi bildirilsə də, əsl planların Ermənistanın silahlandırılmasından ibarət olması heç kimdə şübhə doğurmur.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.

Bildirilib ki, bu gün Natali Luazo başda olmaqla, Avropa Parlamentinin (AP) bir qrup azərbaycanofob deputatı ABŞ-ın Dövlət katibi Antoni Blinkenə və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə müraciət ünvanlayaraq onları sözügedən görüşün davamı olaraq Ermənistanın “təhlükəsizliyi"nə yardım etməyə çağırıblar. Bütün bunlar Ermənistana açıq hərbi dəstək göstərmək üçün ictimai fon yaratmağa xidmət edir. Bu, bir daha sübut edir ki, 5 aprel görüşü məhz Ermənistanın hərbiləşdirilməsi məqsədi daşıyıb.

Saxtakar AP üzvlərinin bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymuş, Azərbaycan ərazilərinin 20 faizini 30 il işğal altında saxlayaraq viran etmiş, 300 min Qərbi azərbaycanlının öz evlərinə qayıtmasına hələ də imkan verməyən Ermənistanı “demokratiya əzabkeşi” kimi qələmə verməyə çalışmaları isə ikrah hissi doğurur.

Qərbi Azərbaycan İcması Avropa Parlamenti üzvlərinin qərəzli müraciətini rədd edir, bir daha Aİ-ni və ABŞ-ı regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa və Ermənistana hərbi dəstək göstərməməyə çağırır. İcma bildirir ki, Aİ və ABŞ militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir.




Baxış sayı: 100
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30