FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan və BRICS: İmkanlar və perspektivlər mövzusunda müzakirələr aparılıb
9-04-2024, 07:00 | SİYASƏT
Azərbaycan və BRICS: İmkanlar və perspektivlər mövzusunda müzakirələr aparılıb

Aprelin 8-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan və BRICS: İmkanlar və Perspektivlər” mövzusunda tədbir keçirilib.

Fact-info.az  xəbər verir ki, BMTM-in baş məsləhətçisi Şahmar Hacıyevin moderatorluğu ilə keçirilən müzakirələrdə əsas istiqamətləri Azərbaycan xarici siyasətində BRICS-in yeri, yeni imkanlar, qrupla iqtisadi əməkdaşlıq perspektivləri və Cənubi Qafqazda cərəyan edən proseslər fonunda qrupun mövqeyi təşkil edib.

Şahmar Hacıyev qeyd edib ki, beynəlxalq münasibətlər sistemində formalaşan yeni nizam bir çox dövləti öz xarici siyasətini bu reallıqla uzlaşdırmağa vadar edir. BRICS-in Cənubi Qafqaz üçün də əhəmiyyətli təsisat olduğunu bildirən Ş.Hacıyevin sözlərinə görə, qrupa iki qonşu dövlət - Rusiya və İranın üzv olması onun cəlbediciliyini artırır. O deyib ki, Beynəlxalq Valyuta Fondunun 2024-cü ilə olan məlumatına görə, dünya əhalisinin təqribən 45 faizi bu qrupa üzv ölkələrdə cəmləşib. Dünya ÜDM-nin 28,7 faizi, beynəlxalq ticarətin təxminən 20 faizi bu qrupun payına düşür. Həmçinin BRICS ölkələrində maliyyə resursları təxminən 25 trilyonu keçir.

“Azərbaycan xarici siyasətində BRICS-in yeri” mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahur Qasımov BRICS-in beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri, geniş potensialı barədə məlumat verib. Qeyd edib ki, BRICS-in fəaliyyətində rəhbər tutduğu çoxtərəflilik, inklüzivlik kimi məqamlar Azərbaycan xarici siyasət prinsipləri ilə üst-üstə düşür.

“BRICS və Azərbaycan: Yeni imkanlar və perspektivlər” mövzusunda çıxış edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov BRICS-in Qərbin formalaşdırdığı dünya nizamına qarşı yaranan platforma olduğunu deyib. Diqqətə çatdırıb ki, hazırda məşvərət formatında olan platformanın institusionallaşması istiqamətində addımlar atılır.

F.Məmmədov qeyd edib ki, Azərbaycanın regional liderlik rolu və Qərblə bərabərhüquqlu əsasda münasibətlər qurması BRICS-ə uyğun parametrlərdir.

Daha sonra Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “BRICS və Azərbaycan iqtisadi əməkdaşlıq və prioritetlər” mövzusunda çıxış edib. O bildirib ki, BRICS birqütblü dünya sisteminə qarşı yaransa da, təşkilat deyil və hər hansı siyasi, hərbi komponentləri özündə ehtiva etmir. Buna görə Azərbaycanın BRICS-lə intensiv əməkdaşlığı hər hansı təhdidlərdən xəbər vermir. “BRICS daha çox kommunikasiya, iqtisadiyyat, maliyyə məsələlərini əhatə edən platformadır”, - deyə o əlavə edib.

“BRICS və Cənubi Qafqazda cərəyan edən proseslər” mövzusunda çıxış edən Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Aytən Qurbanova qeyd edib ki, bəzi BRICS üzvlərinin Cənubi Qafqazdakı proseslərlə bağlı mövqeyi birmənalı deyil. Buna baxmayaraq, Cənubi Qafqaz sərhədlərinə qədər gəlib çatmış bu qrupla münasibətlərin formalaşdırılması vacib istiqamətlərdən biri olmalıdır.





Baxış sayı: 140
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30