Füzuli şəhərində görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Fact-info.az xəbər verir ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan konfransda Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktoru Həcər Mahmudova və müəllim kollektivi iştirak edib.
Tədbirdə çıxış edən səfir Bahrom Aşrafxanov iki ölkə arasında sıx münasibətdən və əlaqələrin inkişafından danışıb. O, Mirzə Uluqbəyin 630 illik yubileyinin gözəl və füsunkar şəhərə çevrilən Füzulidə böyük alim və astronomun adını daşıyan müasir məktəbdə keçirilməsinə görə Azərbaycan Prezidentinin Administrasiyasına, Xarici İşlər Nazirliyinə, məktəb rəhbərliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına dərin təşəkkürünü bildirib.
Konfransda dünya elminin və ümumbəşəri sivilizasiyanın inkişafına böyük töhfələr vermiş astronom, riyaziyyatçı, tarixçi, musiqi və poeziya bilicisi, dövlət xadimi Mirzə Uluqbəyin həyat və fəaliyyətindən danışılıb.
Baxış sayı: 155
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
