FACT-INFO.AZ » XƏBƏR » “Aİ-ABŞ-Ermənistan görüşü İrəvana zərər gətirə bilər”
5-04-2024, 21:00 | XƏBƏR
“Aİ-ABŞ-Ermənistan görüşü İrəvana zərər gətirə bilər”

Azərbaycan parlamentinin bugünkü iclasında da Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyaye arasında üçtərəfli görüşlə bağlı məsələ qaldırılıb.

Regionda vəziyyəti gərginləşdirməyə çalışanlar Ermənistandan bu istiqamətdə istifadə etməyə davam edirlər. Azərbaycanın qarşıda atacağı ehtimal edilən addımların hansı istiqamətdə ola biləcəyi ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Cavanşir Feyziyev bildirib ki, Ermənistanın bu cəhdləri və taktiki gedişləri bölgədə formalaşmış status-kvonu hər hansı bir şəkildə dəyişməyə qadir deyil:

“Sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayıb” -

“Ermənistanın sərhəd bölgələrinə qoşun yığması əlbəttə arzuolunmaz haldır. Amma üçtərəfli Brüssel görüşü ilə bağlı Ermənistanın gözləntiləri də real deyil. Bu görüşdə Ermənistan mətbuatında yazıldığı kimi, Ermənistana hər hansı hərbi-siyasi dəstək təminatı verilməsi haqqında heç bir müzakirə olmayacaq və heç bir zəmanət verilməyəcək. Ehtimal oluna bilər ki, Qərb Ermənistanı Rusiyaya qarşı istifadə etmək üçün müəyyən məsləhətləşmələr aparsın. Bu isə Ermənistan üçün çox təhlükəli bir ssenari olardı”.

Erməni cəmiyyətinin ABŞ-AB-Ermənistan görüşündən gözləntilərinin mifləşdirildiyini vurğulayan millət vəkili düşünür ki, bu görüş Ermənistan üçün faydadan daha çox zərər gətirə bilər:

“Bu zərərdən yayınmaq üçün Ermənistan siyasi hakimiyyəti indiyədək üzləşdikləri tarixi hadisələrdən nəticə çıxarmalı və bütövlükdə Cənubi Qafqaz bölgəsinin ümumi maraqları ilə uzlaşmayan addımlardan çəkinməlidir”.

Qeyd edək ki, Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü başlayıb. Üçtərəfli görüş Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilir.

Görüşə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell də qatılıb.




Baxış sayı: 85
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30