4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Bolqarıstan mətbuatında Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemlərinə dair silsilə yazılar dərc olunub.
Ölkəmizin Bolqarıstandakı səfirliyindən Fact-info.az-a bildiriblər ki, yazılarda minaların dünyanın müxtəlif regionlarında sosial-iqtisadi inkişafa mane olması və insanların həyatına təhlükə törətməsindən bəhs edilir. Həmçinin Avropaya yaxın bir bölgədə ciddi mina təhlükəsinin mövcud olduğu və bunun Ermənistanın keçmişdə Azərbaycan ərazilərinin işğal etməsindən miras qaldığı bildirilir, işğaldan azad edilmiş ərazilərdə hələ də qalan milyonlarla minanın əhalinin öz evlərinə geri qayıtmasına maneə törətdiyi, iqtisadi fəaliyyətə ciddi əngəl yaratdığı vurğulanır. Minaların təmizlənməsi üçün ən azı 25 milyard ABŞ dolları vəsait və uzun müddət tələb olunduğuna diqqət çəkilib.
İnformasiyalarda 2024-cü il aprelin 2-də Tərtər rayonunun Çaylı kəndində maldarlıqla məşğul olan 3 mülki azərbaycanlının yaralanması ilə nəticələnən mina partlayışı barədə məlumat verilir, Ermənistanın minalanmış ərazilərlə bağlı dəqiq məlumat paylaşmaqdan yayındığı bolqar oxucuların diqqətinə çatdırılıb.
Mina probleminin qlobal miqyasda həlli üçün beynəlxalq ictimaiyyətin bir araya gələrək əməkdaşlıq etməsinin yalnız mənəvi borc deyil, həm də həyatı zərurət olduğu bildirilib.
Baxış sayı: 110
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
