Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar təqdim olunub.
Materiallar arasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsindən videogörüntülər, “Aprel döyüşləri tariximizin şanlı səhifəsi” adlı ənənəvi kitab sərgisi və “Aprel döyüşləri – Zəfərin başlanğıcı” adlı biblioqrafik icmal yer alıb.
Biblioqrafik icmalda Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verilərək, Prezident İlham Əliyevin döyüşün əhəmiyyəti haqqında söylədiyi fikirlər yer alıb.
Materialda Aprel döyüşləri haqqında sitatlar, şəhidlərin fotoşəkilləri və “Şəhidlik zirvəsinin fatehləri: bədii-sənədli əsər”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Qalibiyyət: şahidlər və şəhidlər”, “Vətən mücahidləri”, “Aprel döyüşləri-Vətənimin tarixi uğuru”, “20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kimi iyirmidən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim olunub.
“Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində hazırlanan videomateriallarda isə qəhrəman oğulların keçdikləri şərəfli döyüş yolundan bəhs edilib.
Aprel döyüşləri ilə əlaqədar hazırlanan materiallar ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.
Baxış sayı: 1 195
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
