FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanla Türkiyə hər zaman ədalətsizliyə, ikili standartlara qarşı mübarizə aparıb
5-04-2024, 07:30 | XƏBƏR
Azərbaycanla Türkiyə hər zaman ədalətsizliyə, ikili standartlara qarşı mübarizə aparıb

Aprelin 4-də Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Fact-info.az xəbər verir ki, AŞPA-da nümayəndə heyətimizin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini deyib. Bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün nümunədir. O, əməkdaşlığımızın və dostluğumuzun sarsılmaz olduğunu, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ümumi məqsədlərə xidmət etdiyini söyləyib.

Komitə sədri Azərbaycanla Türkiyə arasında dinamik inkişaf edən əməkdaşlığın həm ölkələrimiz, həm də bütün bölgənin tərəqqisi, sülhün və sabitliyini təmini baxımından önəmli olduğunu vurğulayıb. Qeyd olunub ki, Şuşa Bəyannaməsi imzalandıqdan sonra Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri hər sahədə daha da güclənir. Ölkələrimiz mötəbər beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərirlər.

Görüşdən məmnunluğunu ifadə edən Mövlud Çavuşoğlu dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq əlaqələrinin getdikcə möhkəmləndiyini söyləyib. O, ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində nümayəndə heyətlərimizin bir-birinin mənafelərini dəstəklədiklərini vurğulayıb, türk dünyasının daha da güclənməsində Türkiyə və Azərbaycanın önəmli rolunu qeyd edib.

Söhbət zamanı Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Asim Mollazadə, Sevinc Fətəliyeva, türkiyəli millət vəkilləri Fatma Aksal, Utku Çakırözer iki qardaş ölkə arasında dostluq münasibətlərinin yüksələn xətlə inkişafı, parlamentlərarası əməkdaşlıq, Türk dünyasında birliyin əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətdə birgə səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




Baxış sayı: 125
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30