FACT-INFO.AZ » XƏBƏR » Sülhə gedən yolda Ermənistanın törətdiyi təxribatlar - “Bu perspektivsiz bir yoldur”
4-04-2024, 16:30 | XƏBƏR
Sülhə gedən yolda Ermənistanın törətdiyi təxribatlar - “Bu perspektivsiz bir yoldur”

Azərbaycanla Ermənistan arasında sülhlə bağlı danışıqların getdiyi zamanda Ermənistanın həm şərti sərhədlərin yaxınlığında, həm beynəlxalq arenada təxribatlar törətdiyinin şahidi oluruq.

Bununla yanaşı bəzi Avropa ölkələri də Ermənistanın bu təxribatçı addımlarına dəstək verir.

Bəs görəsən Ermənistanın bu təxribatları nə ilə nəticələnə bilər?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, sərhəd təxribatları Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan böhtan kampaniyaları ilə eyni vaxtda baş verir.

“Keçən ilin sentyabr ayında Xankəndi ermənilərini özləri ərazidən çıxarmaqla adını “etnik təmizləmə” qoymağa cəhd göstərdilər, lakin bu alınmadı. Bütün dünya gördü ki, Azərbaycan Ordusu müstəsna olaraq terror məntəqələrini hədəfə almışdı və yerli əhaliyə Qarabağda qalıb yaşamağı təklif edirdi. İndi isə yeni bir hiylə qururlar. Bir tərəfdən, beynəlxalq platformalarda guya Azərbaycanın Ermənistan üzərinə hücuma keçməyə hazırlaşması haqqında yalan məlumatlar tirajlanır, digər tərəfdən özləri sərhəd bölgəsində əsgərlərimizi təxribata çəkirlər. Məqsəd növbəti dəfə sabitliyi pozmaq və erməniləri cəfakeş, əzilən və döyülən xalq obrazında təqdim etməklə Qərb dövlətlərinin diqqətini özünə çəkmək və həm də onlardan hər hansı yardım almaqdan ibarətdir. Ermənilər eyni zamanda Azərbaycanı təcavüzkar ölkə kimi qələmə vermək və bu yolla özünə Avropanın təhlükəsizlik çətiri altında yer almağa çalışırlar. Lakin bu perspektivsiz bir yoldur. Həqiqət çox sadədir. Ermənilər Cənubi Qafqazda sülh şəraitində yaşamaq istəyirlərsə ilk növbədə qonşu dövlətlərlə münasibətlərini düzgün tənzimləməlidirlər. Bölgə daxilində sülh olmayacaqsa kınar qüvvələr burada heç kimin təhlükəsizliyinə zəmanət verə bilməzlər”.

Deputat deyib ki, ermənilər digər dövlətlərin siyasətində əsrlər boyu məhz maşa rolunda olublar.

“Onlar həmişə böyük güc sahiblərinin əlaltıları kimi fəaliyyət göstərməklə özləri üçün nə isə yeni bir şey əldə etməyə çalışıblar. 1918-ci ildə ilk erməni dövlətinin yaranması da məhz belə bir şərəfsiz xidmətin müqabilində böyük güclər tərəfindən onlara verilmiş hədiyyə idi. 1-ci Dünya müharibəsinin gedişində Rusiya, Fransa və Böyük Britaniya erməniləri Osmanlıya qarşı istifadə etmişdilər. Tarix təkrar olunur. Bu dəfə Qərb Ermənistanı Rusiyaya qarşı öz mübarizəsində istifadə etməyə çalışır. Ermənistan da növbəti dəfə xəyanət missiyasını öz üzərinə götürməyə hazır görünür. Ermənilər bu dəfə vaxtilə onları Cənubi Qafqaza köçürmüş və onlara dövlət yaratmış Rusiyaya qarşı Qərb dövlətlərinə xidmət etməyə hazırlaşırlar. Bunun nəticəsi nə ola bilər, bu hələ o qədər də aydın deyil. Amma atalar demişkən, “su çanağı suda sınar”. Ermənistan bu kimi xəyanət planları ilə sadəcə kağız üzərində qalan formal dövlətçiliyini də itirə bilər”.




Baxış sayı: 165
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30