Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir.
Müdafiə Nazirliyindən bildirilib ki, konfransda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçılarını salamlayan birinci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycan Ordusunun digər bölmələrində olduğu kimi, HDQ-nin də Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, aparılan islahatlar çərçivəsində müasir tələblərə cavab verən ştat-strukturun qurulması, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması məqsədilə müxtəlif təlim və kursların keçirilməsi nəzərdə tutulub.
Birinci dərəcəli kapitan T.Mürşüdov vurğulayıb ki, konfransın keçirilməsində əsas məqsəd HDQ-nin modernləşdirilməsi, eləcə də yenidənqurulması istiqamətində işlərin daha effektiv və səmərəli təşkil olunmasıdır.
Qeyd olunub ki, konfransda Xəzər dənizinin hüquqi statusu və regiona təsir edən konfliktlər, HDQ-nin şəxsi heyətinin xidməti, əməliyyat və döyüş hazırlığının təşkili və digər aktual mövzular üzrə müzakirələrin aparılması planlaşdırılır.
Sonda "Hərbi Dəniz Qüvvənin əməliyyat fəaliyyəti" üzrə aktual olan bir sıra mövzular haqqında brifinqlər təqdim olunub, fikir mübadiləsi aparılıb.
Baxış sayı: 115
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
