“İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib. Regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskvanın və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır”.
Fact-info.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının “Bu arada” verilişinin efirində bildirib.
“Rəsmi İrəvan Qarabağın Azərbaycan ərazisi olduğu barədə qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. “Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən və bunu yayanların hamısını yalan danışmaqda ittiham edirəm”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanın “Dağlıq Qarabağ”dan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər. NATO-nun diktəsi ilə imzalanan sənədlərdə “Dağlıq Qarabağ sakinləri”nin hüquqları heç bir şəkildə təsbit edilməyib və təmin edilməyib.
Baxış sayı: 50
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
