FACT-INFO.AZ » XƏBƏR » Aİ-Ermənistan-ABŞ konfransı regionda yeni gərginlik yarada bilər
3-04-2024, 09:30 | XƏBƏR
Aİ-Ermənistan-ABŞ konfransı regionda yeni gərginlik yarada bilər

Azərbaycanın Ermənistan üzərindəki tarixi qələbəsindən sonra ikili standartlardan hələ də əl çəkə bilməyən, münaqişələrin nizamlanmasına kömək etmək əvəzinə, daha da qızışdıran, ermənipərəst mövqeyini gizlətməyən bir sıra qərəzli beynəlxalq təşkilatlar, o cümlədən Fransa kimi riyakar siyasət yeridən dövlətlər “zavallı erməniləri” dəstəkləmək üçün cilddən-cildə girirlər. Belə riyakarlar işğalçı Ermənistanın törətdiyi qətliamları, soyqırımları, terror aktlarını, Azərbaycanın ərazisinin 20 faizinin işğal altında saxladığını görməzliyə vuraraq ölkəmiz əleyhinə gah yalan və böhtanla dolu qətnamələr qəbul edir, gah da dinləmələr keçirirlər. Təbii ki, bütün bunlar ölkəmizə qarşı təzyiq və təhdid vasitələridir. Ancaq unudurlar ki, belə qərəzli yollarla Azərbaycanı, onun liderini öz mövqeyindən döndərə bilməyəcəklər.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, ölkəmizə qarşı təzyiq vasitəsinin bu dəfə aprelin 5-də baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransında şahidi olacağıq. Dünyada haqq-ədalətin, sülhün tərəfdarı olan ölkələr, hüquq müdafiəçiləri düşünürdülər ki, Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən sonra Cənubi Qafqazda sabitlik yaranacaq, işğalçılıq siyasəti tamamilə aradan qaldırılacaq. Hətta qalib Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağına dair ən yüksək səviyyədə bəyanatlar verdi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar beynəlxalq aləmdə də müsbət qarşılandı. Hətta növbəti addım qismində Azərbaycan iki dövlət arasında münasibətlərin yaradılması üçün beş baza prinsipinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. İki dövlət məhz bu baza prinsipi əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərdilər. Ancaq Ermənistanın məğlubiyyətini həzm etmək istəməyən siyasi riyakarlar bütün vasitələrlə sülh müqaviləsinin imzalanmasına mane olurlar. Son vaxtlar sülh müqaviləsinin imzalanmasına doğru addım atıldığı bir məqamda Aİ və ABŞ-nin münaqişəni yenidən alovlandırmağa cəhd edən belə bir məramı, təbii ki, dünyada baş alıb gedən ikili standartların növbəti nümunəsidir. Özlərini haqq-ədalət tərəfdarı kimi göstərməyə çalışan Aİ və ABŞ-ın bu konfransı, əslində, regionda sülh prosesini əngəlləyir.

Ç.Qənizadə deyib ki, əgər Avropa İttifaqı və ABŞ, doğrudan da regionda sabitlik görmək istəyirlərsə, ilk növbədə, Azərbaycanın təklif etdiyi 5 baza prinsipinə münasibət bildirməli idilər. Daha birtərəfli mövqe nümayiş etdirməklə özlərini beynəlxalq aləmdə gözdən salmamalı idilər. Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən qərəzli yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistandakı revanşist əhval-ruhiyyəni daha da alovlandırır, regionda sabitliyin yenidən pozulmasına şərait yaradır. Belə siyasi riyakarlıq Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarına rəvac verəcək. Bundan sonra Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin, terror aktlarının, dinc əhalinin qətliamlarının qurbanı olduğu vaxtlarda Aİ və ABŞ heç zaman ədalətli mövqe sərgiləməyib.

Hüquq müdafiəçisi deyib ki, Paşinyanın çağırışı ilə regiona gedən Avropa İttifaqının müşahidə missiyası, guya 2 ay ərzində burada monitorinq aparmalı idi. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da təsdiqlədiyi kimi, Aİ bu missiyanı ikiqat artırdı. İndi oraya Kanada, Norveç və ABŞ-dan hərbçilər göndərilir və bu, Şimali Atlantika missiyasına çevrilir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da aprelin 5- də baş tutacaq Ermənistan-Aİ-ABŞ görüşünə münasibət bildirib. Diplomat deyib ki, Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqlarına tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir. Onun sözlərinə görə, Vaşinqtonda, Brüsseldə və İrəvanda özlərini elə göstərirlər ki, aprelin 5-də gözlənilən yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşünün niyə bir çoxlarında “narahatlığa” səbəb olmasına təəccüb edirlər. İddia edirlər ki, sanki o, heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Rusiyalı diplomat haqlı olaraq belə görüşlərin regionun əksər ölkələrində narahatlıq doğurduğunu bildirib. Görüşün təşkilatçıları və iştirakçıları, əslində, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinin tərəfdarları deyillər. Rusiyalı diplomatın fikrincə, Qərb özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha çox müdaxilə etmək, orada yeni bölücü xətlər yaratmaq, ölkələri regionun anti-Rusiya gündəmini izləməyə məcbur etmək, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmaq, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətməyə çalışır.

“Avropa İttifaqı və ABŞ tərəfindən belə qərəzli görüşün keçirilməsi açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır. Bu, ikili standartların növbəti nümunəsidir. Təbii ki, bu konfrans sırf ölkəmizin əleyhinə köklənəcək. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün əlverişli imkan yarandığı bir zamanda, belə görüşlərin keçirilməsi regionda yeni gərginlik yarada bilər. Ermənistan Qərbin təhlükəli planlarının alətinə çevrilir”, – deyə Ç. Qənizadə bildirib.




Baxış sayı: 120
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30