Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı jurnalist Marqarita Simonyanı müxtəlif cinayətlərdə ittiham edib.
UTX-nin yaydığı məlumata görə, erməniəsilli M.Simonyan haqqında cinayət işi açılıb. O, Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən Ukraynanın ərazi bütövlüyünə qəsddə, hərbi hərəkətlərin təbliğində ittiham olunur.
“Hələ 2023-cü ildə Simonyan Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə şübhəli bilinirdi. Ukraynalıların soyqırımına çağırış edən rusiyalı təbliğatçı Marqarita Simonyanın yeni cinayətləri sənədləşdirilib. Həmin cinayətlər arasında onun 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə dair ictimai çağırışları da var. Bundan əlavə, o, Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb”, - deyə UTX-nin məlumatında qeyd olunur.(Azərtac)
Baxış sayı: 50
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
