Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi başa çatıb.
Filarmoniyadan Fact-info.az-a bildirilib ki, bağlanış mərasimində layihənin ideya müəllifi, Əməkdar artist, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov çıxış edərək layihənin musiqimizin müasir nəslə çatdırılmasına xidmət etdiyini qeyd edib.
R.Qasımov, həmçinin layihənin gerçəkləşməsində Mədəniyyət Nazirliyinə, tabeliyində olan və layihədə iştirak edən Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə, bütün iştirakçılara təşəkkürünü bildirib.
Baxış sayı: 115
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
