“Bilmirdik atam İsmayıl İsmayılovun ölüb, ya əsir düşüb. 32 ildir itkin idi, heç bir xəbər yox idi. 32 ildən sonra bizə xəbər gəldi ki, atanızın nəşi tapılıb”. Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində martın 31-də dəfn edilmiş İsmayıl İsmayılovun qızı Gülnaz İsmayılova deyib.
“Əsas odur gözümüz yollardan yığıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bizim kimi ata yolu gözləyən, gözü yolda qalan övladların, ailələrin gözləri yollardan yığılsın. Ən azı nəşi tapılsın, bir məzarları olsun, ziyarət edə bilsinlər”, - deyə o əlavə edib.
32 ildən sonra nəşinin qalıqları aşkarlanaraq Xocalıda torpağa tapşırılan Əli Cavadovun qızı isə Nəzakət Cavadova AZƏRTAC-a açıqlamasında atasının qardaşının gözləri önündə öldürüldüyünü bildirib: “Qardaşım orada idi, görmüşdü, atamı öz həyətimizdə vurmuşdular... Qardaşımı isə əsir götürmüşdülər. İndi qardaşım buradadır, yaşayır. Yəni, atamın öldüyünü bilirdik, amma meyiti gəlib çatmamışdı. Gözümüz yoldaydı. Atamızın bir məzarı yox idi, ziyarət edə bilmirdik. Atamla fəxr eləyirəm. Fəxr eləyirəm ki, şəhid qızıyam”.
O, evlərinin yaxınlığındakı qazıntılar zamanı dayısının da nəşinin qalıqlarının tapıldığını deyib.
Qeyd edək ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi martın 31-də Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Baxış sayı: 95
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
