FACT-INFO.AZ » SİYASƏT » Soyqırımı cinayətləri cəzasız qalmayacaq
31-03-2024, 16:00 | SİYASƏT
Soyqırımı cinayətləri cəzasız qalmayacaq

İki yüz il öncə Çar I Pyotrun Qafqazı və Xəzəryanı əraziləri Rusiya imperiyasına qatmaq cəhdləri 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. I Pyotr Rusiya ordusuna şiddətli müqavimət göstərən müsəlmanlardan ibarət yerli əhalini işğal altında saxlamağın çətin olacağını anlayırdı. Ona görə də bu ərazilərdə möhkəmlənmək üçün Gilanda, Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini qərara aldı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasət Rusiya imperiyasının sonrakı çarları tərəfindən də davam etdirildi. Məhz bu məqsədlə 1768-ci ildə II Ekaterina “ermənilərin himayə edilməsi” barədə əmr imzalamışdı. 1802-ci ildə isə çar I Aleksandr H.D.Sisianova ünvanladığı məktubunda yazırdı: "Nə olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır".

O zamanlara qədər dövlətçiliyi olmayan ermənilər isə öz dövlətlərini yaratmaq üçün Qafqazda imperiya siyasətinin həyata keçirilməsində Rusiyaya xidmət göstərmyə hazır idilər.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

O, qeyd edib ki, XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813 və 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına - Şimalın Rusiyanın, Cənubun isə İranın idarəçiliyinə keçməsi ilə nəticələndi: “Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 1828-ci il martın 21-də İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında əmr imzalamışdı. Bu əmrə əsasən o zaman 7331 azərbaycanlının və 2369 erməninin yaşadığı İrəvan şəhəri "Erməni əyaləti"nin tərkibinə daxil edilmişdi. Bunun ardınca Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İran ərazisindən ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanıldı. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edildilər. 1828-1829 cu və 1877-1878-ci illərdə Türkiyə ilə aparılan müharibələrin sonunda da eyni proseslər baş vermişdi. Yalnız 1829-1830-cu illər ərzində Naxçıvan, Qarabağ və İrəvan ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 min 600 erməni köçürülüb yerləşdirildi. Bütün bunlar sonrakı iki əsr ərzində Azərbaycan xalqının tarixində bir sıra faciəvi hadisələrə yol açdı.

“Artıq XIX əsrin ikinci yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycan əraziləri hesabına "Böyük Ermənistan" xülyasına aludə olmuşdular. Məhz elə o zamanlar ermənilər Qafqazın yerli əhalisi ilə mübarizə aparmaq üçün ilk növbədə xaricdə gizli təşkilatlar yaratmağa başlamışdılar. 1887-ci ildə Cenevrədə yaradılmış "Qnçaq" və 1890-cı ildə Tiflisdə yaradılmış "Daşnaksütyun" partiyaları, 1895-ci ildə isə Nyu-Yorkda yaradılmış "Erməni vətənpərvərlər ittifaqı" kimi təşkilatların məqsədləri məhz “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsindən ibarət idi. Onlar bu məqsədlə vəsait toplayır, silah-sursat ehtiyatı yığır və Qafqazda yerləşdirilmiş erməniləri hərəkətə gətirmək üçün əlverişli hərbi-siyasi şəraitin yetişməsini gözləyirdilər. Ermənilər üçün ilk belə fürsət 1905-1907 illərdə yarandı. Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər həmin illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıları öz ata-baba torpaqlarından qovub çıxardılar. İrəvan və Gəncə quberniyalarında azərbaycanlıların yaşadığı 200 kənd, Şuşa, Cəbrayıl və Zəngəzur ərazisində isə 75 kənd ermənilər tərəfindən talan edildi. Bu hadisələrin təsviri M.S.Ordubadinin "Qanlı illər" və M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" kitablarında öz əksini tapıb. Sonrakı illərdə də Rusiya imperiyası tərəfindən ərazinin erməniləşdirilməsi siyasəti gizli şəkildə davam etdirilirdi”, - deyə deputat bildirib.

O bildirib ki, Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış inqilabi vəziyyət ermənilərə öz məqsədlərini həyata keçirmək üçün yeni fürsət yaratmışdı: “1917-ci ildə baş vermiş fevral və oktyabr inqialablarından sonra ermənilər artıq bolşevizm bayrağı altında öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edirdilər. Moskvadan göndərilmiş Stepan Şaumyanın başçılığı altında fəaliyyət göstərən Bakı kommunası 1918-ci ildə “əksinqilabi elementlərlə mübarizə” şüarı altında azərbaycanlılara qarşı soyqırımına başladı. 1918-ci ilin mart-aprel ayları ərzində Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi. Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən həyata keçirilən kütləvi qırğınlar tezliklə daha böyük əraziyə yayıldı. 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdu. Bu, təkcə azərbaycanlılara qarşı yox, Azərbaycan ərazisində yaşayan bütün millətlərə qarşı yönəlmiş soyqırımı hadisəsi idi. 1918-ci ilin mart-aprel aylarında on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar qətlə yetirilmiş, xalqımıza məxsus tarixi-mədəni abidələr, məktəblər, xəstəxanalar və məscidlər dağıdılmışdı. 1918-ci ilin 30 mart - 3 aprel qırğınları o zamanadək Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli faciələrdən biri idi, lakin sonuncu deyildi. Onlar sovet dövründə də xalqımıza qarşı etnik təmizləmə və deportasiya siyasətini davam etdirmişdilər. Sovet işğalından sonrakı ilk onillik ərzində Zəngəzur, Dərələyəz və Göyçə mahalının Azərbaycandan qoparılaraq ermənilərə verilməsi, 1920-1930-cu illərdə və 1948-1953-cü illərdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyaya məruz qoyulması da çar Rusiyası tərəfindən aparılan Qafqazın erməniləşdirilməsi siyasətinin bolşevik Rusiyası tərəfindən davam etdirildiyini göstərir”.

1980-ci illərdə SSRİ-nin süqutu ərəfəsində erməni millətçiliyinin yeni vüsət aldığını xatırladan C.Feyziyev əlavə edib: “1988-ci ildə “Miatsum” şüarı ilə Xankəndi şəhərinin mərkəzi meydanında başlayan erməni hərakatı növbəti dəfə bir milyona yaxın azərbaycanlının öz tarixi yaşayış məskənlərindən qovulub çıxarılması və qanuni ərazilərimizin 20 faizinin işğalı ilə nəticələndi. Yenə də imperialist qüvvələrin maraqlarına xidmət edən ermənilər həmin illərdə yaranmış yeni geosiyasi şəraitdən yararlanmaqla növbəti dəfə “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə cəhd etdilər. Lakin ermənilərin budəfəki cəhdi “Böyük Ermənistan” ideyasının birdəfəlik məhvi ilə nəticələndi. Torpaqlarımızın 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlaya bilsələr də öz çirkin niyyətlərinə çata bilmədilər. 2020-ci ilin Vətən müharibəsi 200 illik “erməni arzusunu” II Qarabağ savaşının alovları içərisində yandırıb külə çevirdi. Tarixi ədalət bərpa olundu. Torpaqlarımız işğaldan azad olundu və 30 illik işğal dövründə Azərbaycana vurulmuş zərərin ödənilməsi üçün Ermənistana qarşı beynəlxalq məhkəmə iddiası hazırlanır. Döyüş meydanında faciəvi məğlubiyyətdən sonra Ermənistan Azərbaycana qarşı bir daha ərazi iddiası irəli sürməyə cürət edə bilməz. Lakin son iki əsr ərzində ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş bütün cinayətlər, o cümlədən soyqırımı cinayətləri heç zaman unudulmamalıdır. Məhz bu məqsədlə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanmış və 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Xalqımıza qarşı törədilmiş soyqırımı hadisələri hərtərəfli tədqiqatlara cəlb olunur və bu bəşəri cinayətlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hüquqi və diplomatik addımlar atılmaqla geniş fəaliyyət göstərilir. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində yaradılmış “Soyqırımı memorial kompleksi“ 2013-cü il sentyabrın 18-də açılmışdır. 1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı dünyanın 10-dan artıq ölkəsində insanlığa qarşı cinayət və ya müharibə cinayəti kimi tanınmışdır. Bu gün də işğaldan azad olunmuş ərazilərimizdə kütləvi qətllərə məruz qalmış soydaşlarımızın qalıqları tapılır. İşğal dövründə ermənilər tərəfindən yurd yerlərimizə və soydaşlarımıza qarşı törədilmiş vandalizm və soyqırımı hadisələri bütün təfərrüatları ilə öyrəniləcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar”.




Baxış sayı: 230
ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir Bu gün, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib Bu gün, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb Bu gün, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb Bu gün, 08:30 Şamaxıda zəlzələ baş verib Bu gün, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir Dünən, 18:30 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib Dünən, 18:00 Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək Dünən, 17:30 Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb Dünən, 11:00 Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib Dünən, 10:00 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Dünən, 09:30 Ankarada "Kültür Yolu" Festivalının açılışı dahi Azərbaycan bəstəkarına ithaf ediləcək Dünən, 09:30 Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb Dünən, 09:30 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub 31-08-2026, 19:30 Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib 31-08-2026, 19:00 Mürəkkəb situasiyalardan xilas olmaq üçün imkanlar tükənməyib 31-08-2026, 17:30 Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib 31-08-2026, 16:00 Prezident İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib 31-08-2026, 14:30 On nəfər Azərbaycan gənci HTP çərçivəsində Latviyada təhsil alacaq 31-08-2026, 11:00 Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib 31-08-2026, 10:30 İran Prezidenti Məsud Pezeşkian: "Biz müharibə axtarışında deyilik" 31-08-2026, 10:00 Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib 31-08-2026, 08:30 Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib 30-08-2026, 16:30 Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib 30-08-2026, 15:30 Medianın İnkişafı Agentliyi bəyanat yayıb 29-08-2026, 21:00 Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər 29-08-2026, 10:30 Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub 29-08-2026, 08:00 “New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır 29-08-2026, 08:00 “Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb 28-08-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930