“Outlook Traveller” portalı Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidlə müsahibə dərc edib. Fact-info.az həmin sayta istinadla xəbər verir ki, Azərbaycanın son illərdə daha çox səyahətçilərin ziyarət etdiyi bir ölkə kimi diqqət mərkəzində olmasından danışan Florian Zenqstşmid ölkəmizin memarlığında həm Şərqlə, həm də Avropa ilə bağlı nüanslara rast gəlməyin mümkün olduğunu bildirib. Bu cür qarışıq və mədəni əlaqələr müxtəlif ölkələrdən olan səyahətçilərin diqqətini cəlb edir.
Sağlam və məsuliyyətli turizmi təşviq etmək üçün həyata keçirilən təşəbbüslərlə bağlı məlumat verən Baş icraçı direktor Azərbaycan Turizm Bürosunun bir neçə yerli məhsulu beynəlxalq siyahıya daxil etdiyini qeyd edib. Azərbaycanda nar, lavanda, alma festivallarının keçirildiyini vurğulayan Florian Zenqstşmid hər bir rayonun özünəməxsus məhsulu olduğunu, məsələn, Gədəbəyin kartofunun, Qubanın almasının turistlər tərəfindən də sevildiyini bildirib.
Baxış sayı: 115
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
