21 mart tarixində Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyəti AŞPA-ya məktub ünvanlayıb.
Fact-info.az xəbər verir ki, Moldova nümayəndə heyətinin məktubunda AŞPA-nın 2024-cü ilin Yanvar ayı tarixində keçirilmiş sessiyasında qəbul edilmiş qərardan sonra təşkilat və Azərbaycan arasında yaranmış uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Respublikasının Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış ünvanlanıb.
Məktubda, digər üzv dövlətlər kimi, Azərbaycan Respublikasının da AŞPA-dakı nümayəndə heyəti vasitəsilə təşkilatın dəyərlərinin və prinsiplərinin irəlilədilməsinə dəstək göstərdiyi qeyd edilib, habelə Avropada təhlükəsizliyə və sülhə mühüm çağırışların olduğu bir dövrdə bütün problemlərin AŞPA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirilib.
Məktubda həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-nın işində iştirak edə bilməməsinin nə təşkilata nə də təşkilata üzv dövlətlərə uzunmüddətli xeyir gətirmədiyi vurğulanıb.
Baxış sayı: 160
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
