FACT-INFO.AZ » MEDİA » “Global Times” qəzeti Azərbaycan-Çin münasibətlərini “Dostluğun qızıl standartı” hesab edir
26-03-2024, 16:30 | MEDİA
“Global Times” qəzeti Azərbaycan-Çin münasibətlərini “Dostluğun qızıl standartı” hesab edir

Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə müsahibə əsasında “Dostluğun qızıl standartı” adlı məqalə dərc edib.

Fact-info.az xəbər verir ki, H.Hacıyev qəzetin əməkdaşı Sie Ventin növbədənkənar prezident seçkilərində qalib gələn Prezident İlham Əliyevin liderliyində Azərbaycanın Çin ilə münasibətlərinə, ölkəmizin xarici siyasətində Çinin yerinə, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinə, iki ölkənin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə əməkdaşlığına, Çinin qlobal inkişafdakı payına dair suallarını cavablandırıb.

Administrasiya rəsmisi bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Prezident İlham Əliyev ölkənin inkişafı ilə bağlı yeni prioritetlər müəyyən edib. Ölkəmizin yaxın dost və tərəfdaşı olan Çin ilə münasibətlərin inkişafı da Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı Azərbaycanın Çin ilə strateji əməkdaşlığının və tərəfdaşlığın genişləndirilməsində, yeni səviyyəyə qaldırılmasında maraqlıdır. İki ölkə arasında əla siyasi münasibətlər, iqtisadi-ticarət, o cümlədən enerji, nəqliyyat sahələrində yaxın əməkdaşlıq var. Azərbaycan Vahid Çin prinsipini daim dəstləyir.

Şöbə müdiri bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi-ticari sahədə əməkdaşlıq üçün olduqca böyük potensial var. Azərbaycan Çini təkcə dost ölkə deyil, həm də bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi qəbul edir. Prezident İlham Əliyev bu amilləri nəzərə alaraq Çin ilə əməkdaşlığı Azərbaycanın prioritetlərindən biri kimi müəyyənləşdirib. İki ölkə arasında iqtisadi-ticari münasibətlər davamlı inkişaf edir, Çin şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasında iştirak edir. Bununla belə ölkələrimizin iqtisadi əməkdaşlığı üçün daha geniş imkanlar var. Azərbaycan milli prioritetlərdən biri olan rəqəmsal və yaşıl keçid sahələrində Çini tərəfdaş kimi görür. Bu istiqamətdə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpaolunan enerji avadanlığı və elektrik avtomobillərinin birgə istehsalı mümkündür.

Azərbaycan-Çin əməkdaşlığında “Bir kəmər, bir yol” təşəbbüsünü xüsusi vurğulayan Prezidentin köməkçisi bu xüsusda Orta Dəhlizin əhəmiyyətini qeyd edib, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Çin ilə Avropa arasında vacib bağlantını təmin etdiyini deyib.

Azərbaycanın COP29-a ev sahibliyindən danışan şöbə müdiri H.Hacıyev bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsinə dair qərar beynəlxalq ictimaiyyətin ölkəmizə hörmət və etimadının göstəricisidir. Qazıntı yanacağı ixrac edən Azərbaycan yerli, regional və qlobal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hamı üçün əsas çağırışdır və qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində Qlobal Cənub və Qlobal Şimal arasında anlaşma və həmrəyliyin qurulmasına çalışacağını bildirən Administrasiya rəsmisi əlavə edib ki, ölkəmiz COP29 ilə əlaqədar fundamental məsələlər üzrə bütün tərəflərlə dialoqa və qarşılıqlı fəaliyyətə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı ölkələrindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir.

H.Hacıyev müsahibəsində bəzi media orqanlarında Çin sərmayələrinin və şirkətlərinin “təhlükəsizlik təhdidi” kimi təqdim olunmasını Çinə qarşı ədalətsiz yanaşma kimi şərh edərək, Çin texnologiyasının dünyada ən yaxşılardan biri olduğunu, ölkəmizdə rəqəmsal keçid prosesində də Çin məhsullarından istifadə olunduğunu diqqətə çatdırıb.

İqtisadi inkişafın ədalətli rəqabətə əsaslanmalı olduğunu vurğulayan H.Hacıyev, bəzi ölkələrin təhlükəsizlik və digər mövzularda lazımsız təbliğatla məşğul olduqlarını, bunun dürüst rəqabətə və iqtisadi inkişafa mane olduğunu bildirib. Bəzi ölkələrdə Çin şirkətlərinə qarşı aparılan təbliğat təəssüf doğurur. Bu, Azərbaycanın gündəliyinə uyğun deyil. Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir.

Şöbə müdiri Çinin tərəqqisinin, qlobal inkişafa töhfələrinin dost ölkələri sevindirdiyini, Çinin irəli sürdüyü qlobal təşəbbüslərin əməkdaşlığı və inkişafı təşviq etdiyini bildirib. Çin COVID-19 pandemiyasını dövründə “peyvənd milliyyətçiliyi” nümayiş etdirən bəzi Qərb ölkələrindən fərqli olaraq ehtiyacı olan ölkələrə peyvənd tədarük edib. Dövlətimizin başçısının Çin liderinə müraciətinə cavab olaraq, Çin Azərbaycana vaksin göndərərək, xalqımızın sağlamlığı və rifahına öz töhfəsini verib. Bu həmrəylik aktı ölkələrimiz arasında mövcud olan tərəfdaşlıq nümunəsidir.




Baxış sayı: 145
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30