FACT-INFO.AZ » MEDİA » Əcnəbi media Azərbaycanın üzləşdiyi mina problemindən yazıb
25-03-2024, 08:30 | MEDİA
Əcnəbi media Azərbaycanın üzləşdiyi mina problemindən yazıb

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM (Universidad Nacional Autónoma de México) Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə ölkəmizdə mövcud mina problemindən bəhs edən “Minalar, hələ də can alan bəla” (Minas terrestres: un flagelo que aún cobra vidas) başlıqlı geniş məqalə dərc olunub.

Fact-info.az-a bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Azərbaycan və onun reallıqları barədə bir çox məqalələrin müəllifi olan T. İşcan bu gün münaqişələrin təlatüm etdiyi dünyanın qaçqın böhranı, miqrasiya kimi müxtəlif təhlükəsizlik və humanitar məsələlərlə yanaşı mina məsələsi ilə də üzləşdiyini, bu xüsusda beynəlxalq statistikaya nəzər saldıqda, xüsusilə Qafqazda minalarla çirklənmə səviyyəsinin narahatedici olduğuna diqqət çəkib.

Məqaləsində ölkəmizin ərazilərinin erməni işğalından azad edilməsindən sonra bu problemin daha da aktuallaşdığını bildirən müəllif bu gün Azərbaycanın sözügedən ərazilərinin Ermənistan tərəfindən istər müharibədən öncə, istərsə də sonra basdırılmış çoxsaylı mina nəticəsində dünyanın ən çirklənmiş əraziləri sırasında olduğunu, ümumilikdə 1,5 milyondan çox mina və partlayıcı qurğunun olduğunu diqqətə çatdırıb.

Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin yalnız 25%-inin dəqiq olduğunu, BMT-nin hesablamalarına görə, ərazinin minalardan təmizlənməsi prosesinə Azərbaycana 30 il və 25 milyard ABŞ dolları lazım olduğunu bildirib. Bu xüsusda, bu gün 30 il öncə ermənilər tərəfindən qovulan qaçqınların həmin torpaqlara qayıtması nöqteyi-nəzərindən minaların təmizlənməsi məsələsinin daha da aktuallaşdığını qeyd edib.

Məqalədə, həmçinin minatəmizləmə prosesinin Azərbaycan tərəfindən həyata keçirildiyi diqqətə çatdırılıb. Azərbaycan prezidentinə istinadən bu sahə üzrə müstəqil şirkət və agentliklərin qiymətlərinin çox yüksək olması ilə yanaşı, Qarabağ bölgəsinin dağlıq relyefinin də prosesi daha da çətinləşdirdiyi bildirilib.

Habelə, Vətən müharibəsindən bu günə kimi 400-ə yaxın azərbaycanlının mina qurbanına çevrildiyi oxuyucuların diqqətinə çatdırılıb.

Məqalədə müəllif Azərbaycanın Qarabağ bölgəsində məsələnin çoxölçülü olmasına, təhlükəsizliyə və insan həyatına təhlükə olmasına baxmayaraq problemə beynəlxalq ictimaiyyət tərəfindən istər texnoloji, istərsə də maliyyə aspektindən kifayət qədər sərmayə qoyulmadığının narahatverici fakt olduğuna diqqət çəkib. Bu xüsusda, bu gün dünyanın bir çox ölkələrinin minalardan əziyyət çəkdiyini, BMT tərəfindən maarifləndirmə, minalardan təmizləmə və qurbanlara yardım kimi dəstək gördüyünü xatırladan müəllif Azərbaycanın bu problemlə mübarizədə kifayət qədər hərtərəfli yardım almamasnın təəccüblü olduğunu diqqətə çatdırıb.

Sonda müəllif mina təhlükəsinə məruz qalan ölkələrə münasibətdə siyasi dəstək, təcrübə mübadiləsi, iqtisadi və maliyyə dəstəyi kimi təsirli və nəticəyönümlü tədbirlərin görülməsinin əhəmiyyətindən söz açaraq bu kimi tədbirlərin 30 illik münaqişədən sonra indi davamlı sülhə, eləcə də həmin regionun yenidən qurulmasına, canlanmasına və normal vəziyyətə qayıtmasına ümid verən Qarabağ kimi bölgələrdə xüsusilə vacib olduğunu vurğulayıb.




Baxış sayı: 160
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30