FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Parisdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
23-03-2024, 11:00 | MƏDƏNİYYƏT
Parisdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə – UNESCO-nun mənzil-qərargahında qurumun rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirib.

Nazirlikdən  Fact-info.az-a bildiriblər ki, martın 21-də UNESCO Baş Konfransın prezidenti xanım Simona Mikulesku və İcraiyyə Şurasının sədri xanım Vera Lakulye ilə keçirilən görüşlərdə Azərbaycanın ümumbəşəri mədəni irsin qorunması üzrə milli, regional və beynəlxalq səviyyələrdə fəaliyyətinə dair müzakirələr aparılıb. Bu xüsusda Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə xalqımızın zəngin maddi və qeyri-maddi mədəni irsinin qorunması, həmçinin təbliği sahəsində əldə olunan nailiyyətlərdən bəhs edilib. Həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə 2008-ci ildən etibarən başladılan “Bakı Prosesi” qlobal platformasının mədəniyyətlərarası dialoqun təşviqi vasitəsilə beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə xüsusi töhfə verdiyi qeyd edilib. Bu çərçivədə ölkəmizin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna (ÜMDF) beş dəfə ev sahibliyi etməsi qarşı tərəfdən yüksək qiymətləndirilib və bu il mayın 1-3-də keçirilməsi nəzərdə tutulan VI Foruma dəstək ifadə olunub.

Martın 22-də UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos və Baş direktorun Prioritet Afrika və xarici əlaqələr üzrə müavini Entoni Ohemeng-Boama ilə keçirilən görüşlərdə UNESCO-Azərbaycan əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə ölkəmizin UNESCO-nun irimiqyaslı tədbirlərinin və layihələrinin, o cümlədən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının (2013), Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının (2019), MİNEPS - İdman Nazirlərinin VII Görüşünün (2023) və Mədəniyyətlərarası Dialoq forumlarının (2011-2019) təşkilatçısı və təşəbbüskarı qismində fəaliyyəti xüsusi təqdir edilib. Azərbaycanın Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə verdiyi dəstəyin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Görüşlərdə, həmçinin İpək Yolları Proqramı, elmi araşdırmalar və nəşrlər üzrə əməkdaşlıq, həmçinin digər istiqamətlərdə müzakirələr aparılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində fəaliyyət, eyni zamanda, işğal dövründə dağıdılmış və talan edilmiş mədəni irsimizlə bağlı UNESCO mexanizmləri çərçivəsində fəaliyyətlər diqqətə çatdırılıb.

Söhbətlər zamanı Bakıda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ətrafında da fikir mübadiləsi aparılıb.




Baxış sayı: 145
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30