FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Dünyanı dəyişmək inadı - Axundzadə kədəri - Cavanşir YUSİFLİ
23-03-2024, 08:30 | MƏDƏNİYYƏT / CƏMİYYƏT
Dünyanı dəyişmək inadı - Axundzadə kədəri - Cavanşir YUSİFLİ

Müəllif bütün hallarda maneədir - yaratdığı əsər qarşısında, onun (bədii mətnin - !) dünyanı dəyişmək inadı qarşısında. Məqalələrin birində elə belə də yazılır: "Hansı müəllif yazdığı kitablarla dünyanı işıqlandırmaq (işığını artırmaq) və hələ sağkən qazandığı uğurlardan zövq almaq istəməz..." Kim nə deyir-desin, nə düşünür-düşünsün, həm müəllifin, həm də bədii mətnin bir böyük arzusu olur: dünyanı dəyişmək (fiktivliyin gizli mənası də bəlkə elə budur...). Elə bu səbəbdən əksər müəlliflər dəhşətli dərəcədə böyük, enerjiylə aşıb-daşan əsərlərinin, ya çapını görmür, ya da çap olunsa da, həmin mətnlərin dünyanın gedişini dəyişdiyinə şahidlik edə bilmir. Dünya ədəbiyyatında bu məsələdən çox sayda nümunə gətirmək olar. Frans Kafkanın əsərləri ilə bağlı yazılanlara baxmaq kifayətdir. Ölüm yatağında vəsiyyəti: "Əsərlərimi yandırın". Buraya onun Amerika, Qəsr və bütün əsərlərinin gücünü içinə yığan "Trial" (Proses) romanları da daxil idi. PROSES-də bədii mətnin, xüsusi olaraq yazıçı üslubunun yaratdığı mühitin içindən sıyrılıb özün kimi mühakimə yürütmək şansı, demək olar ki, yoxdur. Üslub səni idarə edir, dünya ədəbiyyatında bu, görünməmiş hadisədir. Eynən Məhəmməd Füzulidə olduğu kimi. Oxuduqca hər şeyi o daxili məhkəmə prosesinin (əsərin adının proses olması da təsadüfi deyil) məntiqiylə, o qəzəllərin səni aparıb çıxardığı vadinin havasıyla izah edirsən. Mətn bitdikdə dünya da qurtarır, mətndən sonra düşdüyün reallıq artıq dəyişmiş dünyanın reallığıdır.  Böyük əsər dəyişən dünyaya şahidlik etmir, onu son kərpicinə qədər alt-üst edir, tanınmaz hala salır. Mirzə Fətəli Axundzadə də bu ideyadan bəhs etmək üçün ən çox və ən kədərli materialı təmin edir. Dünya ədəbiyyatında onun qədər çevik (istədiyini almaq naminə resipiyentin duymaq istədiyi hər şeyi deyən, yetişmək istədiyi dünyanı - nəticəni gözləri tutulana qədər apaydın görən...) ikinci bir mütəfəkkir çətin tapıla. Axundzadənin Həsən bəy Zərdabi ilə məktublarına baxın, digər yazışmalarında da yaşayaraq daddığı kədərin "zəhəri"ni hiss etmək, hətta görmək mümkündür. Axundzadə yaratmaq istədiyi, yaxud büsbütün dəyişmək istədiyi dünyanın sınırlarını o qədər aydın təsəvvür edirdi ki, əlçatmazlıq hissi onun qəlbini kədərlə doldururdu. O, dünyanı quran, yaradan və nəhayət, dəyişən mətnlərin yazılmasını istəyirdi, oxuduqca səni idarə edən, səni öz işığına bələyən mətnləri deyil. İkinci halda, o işıq və enerji bir gün tükənə bilər, yeni dünyanın qurulması, mövcud reallığın dəyişdirilməsi oxucunu fərqli nəsnələrə sövq edirdi.

Axundzadə, aydın məsələdir ki, tənqidə çox böyük önəm verirdi. Bəzən arzusunu reallıq kimi qələmə verməkdən belə vaz keçmirdi. "...Lakin Kəmalüddövlə məktubları bir şəxsin əlinə keçərsə, yeyib-yatmağı özünə haram edərək, bulaq başına çatan susuz bir adam kimi, onları oxuyacaq və onların mətləblərini anlamağa, onlardan ibrət almağa və bilik əldə etməyə çalışacaqdır..."

Daha sonra. "...Səbr etmək lazım gəlir ki, əcəl gəlib çatsın, bu dünyanı tərk edək və bədbəxt xalqımızın tamamilə ölüb ortadan getməsini heç olmazsa, öz gözümüzlə görmüyək!" Və: "ömrümdən bir şey qalmamışdır, müasirlərimin qanacaqsızlığından təngə gəlmişəm və taqətdən düşmüşəm".

Demək, burada, bu kontekstdə iki məsələ qabarıqdır: 1. Müəllif və bədii mətnlərin dünyanı, mövcud reallığı dəyişmək inadı. 2. Müəllifdən sonra mətnlərin dəyişməsi. Bədii mətnlər təkcə başqa dillərə tərcümə vasitəsilə dəyişmir, həm də onlarla təmasa girən hər kəsi içinə "hopduraraq" dəyişir, müəllifi və yazılan, təsvir edilən gerçəkliyi hər təsadüfdə yenidən qurub-yaratmaq inadını sürdürür.

Axundzadənin çox ağır şərtlər altında apardığı mübarizələrdən sonra nəhayət, dilə gətirdiyi şikayəti kədərlə dolu idi. Ona həsr edilən televiziya filmində bir xarakterik detal var: uşaqkən onu anasından ayırırlar, bu ayrılıq onun tale möhürünə dönür, həmin ayrılıq faciələrlə növbələşir. Əslində Mirzə Cəlilə aid edilən "anlamaq dərdi" Axundzadə taleyindən başlayır və hər şey bir az sonra dəli yığıncağına çevrilir...

Cavanşir YUSİFLİ




Baxış sayı: 120
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30