FACT-INFO.AZ » SİYASƏT » Ukrayna XİN: Kremlin Kiyevə terror ittihamları planlaşdırılmış təxribatdır
23-03-2024, 08:00 | SİYASƏT
Ukrayna XİN: Kremlin Kiyevə terror ittihamları planlaşdırılmış təxribatdır

Ukrayna Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında baş vermiş silahlı hücumda Ukraynanın əli olması ilə bağlı Rusiya rəsmilərinin səsləndirməyə başladığı ittihamları qəti şəkildə rədd edir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna XİN bəyanat verib.

“Biz bu cür ittihamları Rusiya cəmiyyətində anti-Ukrayna isteriyasını daha da qızışdırmaq, dövlətimizə qarşı cinayətkar təcavüzdə iştirak etmək üçün Rusiya vətəndaşlarının səfərbərliyinin gücləndirilməsinə şərait yaratmaq və Ukraynanı beynəlxalq ictimaiyyətin qarşısında nüfuzdan salmaq məqsədilə Kremlin planlı təxribatı hesab edirik”, – nazirlik diqqətə çatdırıb.

Qurum vurğulayıb ki, Rusiyanın 1999-cu ildə Kaşirskoye şossesində törədilmiş terror aktı kimi xüsusi xidmət orqanlarının qanlı təxribatlarının uzun tarixi var.

XİN qeyd edib ki, Kreml üçün qırmızı xətt mövcud deyil: “Ukraynaya qarşı müharibə zamanı raket zərbələri, artilleriya atəşi və işgəncələr nəticəsində minlərlə Ukrayna vətəndaşını qətlə yetirdiyi kimi, siyasi məqsədlər üçün öz vətəndaşlarını da öldürməyə hazırdır”.

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ukraynanın Krasnoqorskdakı hadisədə iştirakı ilə bağlı Rusiyanın ittihamlarını qətiyyətlə rədd etməyə və Rusiyanın cinayətkar təcavüzünə qarşı mübarizədə Kiyevə dəstəyi gücləndirməyə çağırıb.

Xatırladaq ki, daha öncə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Kiyevin Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqəsinin olmadığını bildirərək hadisənin təxribat olmasına işarə edib.

Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 70 nəfər ölüb, 147 nəfər yaralanıb.




Baxış sayı: 120
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30