FACT-INFO.AZ » XƏBƏR » Novruz bayramının fəlsəfi anlamı ilə bağlı yeni yanaşmalara ehtiyac var
19-03-2024, 11:00 | XƏBƏR
Novruz bayramının fəlsəfi anlamı ilə bağlı yeni yanaşmalara ehtiyac var
Novruz bayramı ilə bağlı yenidən bəzi məqamlara nəzər salmaq istərdim. Uzun illər, sovetlər rejimi dövründə xalqın bir çox milli dəyərləri kimi, bu, bayramda yasaq olunmuşdu. Amma insanlar qadağalara baxmayaraq, bu mərasimləri şüurunda yaşadaraq, məişətində qeyd ediblər. Azərbaycan müstəqillik qazandıqdan sonra Novruz bayramı ən yüksək səviyyədə, dövlətin rəsmi təqvimi ilə keçirilir.
Lakin bu gün narahatlıq doğuran məsələ ortalığa çıxır. Bəzi dindarlar peyda olub ki, onlar Novruz bayarımını, fəlsəfəsini, mahiyyətini Azərbaycan türkləri ilə bağlı olmadığını israrla cəmiyyətə, insanların beyninə doldururlar. Totalitar sovet rejimi bu bayramı yasaqlamağa çalışdı, amma bacarmadı. Xalq bu milli ənənəni şüurunda, məişətində yaşatdı.
Bəziləri bu bayramı farslarla, bəziləri isə dinlə bağlamağa cəhd göstərdi. Bütün qüvvələrin cəhdləri əbəs oldu. Çünki təbiətlə bağlı olan bu, oyanış prosesi heç bir dini faktorla, heç bir fars mənşəlli məqamla bağlı deyil.
Ümumilikdə Novruzla bağlı bəzi xoşagəlməyən ənənələrin korrektə olunmasına tədricən ehtiyac var. Gerçəkdən Novruz bayramının fəlsəfi anlamı ilə bağlı tədqiqatçıların izahatlarına, yeni fikirlərinə zərurət hiss olunur.
Onu qeyd edək ki, Novruz bayramı 2009-cu ildə müvafiq dövlət qurumlarının birgə səyi ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Həmçinin BMT Baş Məclisi tərəfindən martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunmasına dair qərar qəbul edilib.
Nəhayət kimlərsə Novruz bayramını qəbul etmir, bu imtina həmin zümrənin öz işidir. Amma bu məqamda da sivilizasayalı islama, elmli, dürüst islam alimlərinin geniş maarifçilik işlərinə ehtiyac hiss olunur.
Bir çox pozitiv çalarları ilə bərabər Novruz - Yeni gün deməkdir. İnsan həyatına müsbət çalarlar gətirən, müəyyən anlamda əhəmiyyətli təbiət hadisəsi kimi səciyyələndirilən, çox ciddi korrektlərə və izahatlara ehtiyac olan, bu yeni gün, Novruz bayramı münasibətilə hər kəsi təbrik edirəm. Yeni gün həyatınıza saflıq, dürüstlük, bərəkətli, xeyirli ömür gətirsin! Amin!
Əkrəm Bəydəmirli



Baxış sayı: 270
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30