Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya silah tədarükü üçün istifadə edilməsi ideyasını dəstəkləyiblər, lakin yekun qərarın qəbulu hələlik təxirə salınıb.
Fact-info.az “Report”-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell jurnalistlərə açıqlamasında deyib.
“Bugünkü müzakirədən sonra mən güclü dəstək gördüm. Bəzi ölkələr daha çox təfərrüat istəyirlər, lakin ümumilikdə aktivlərdən əldə edilən gəlirləri götürmək və Ukraynanın xeyrinə istifadə etmək ideyasına güclü dəstək var.
Necə? Avropa Sülh Fondu çərçivəsində hərbi yardım göstərmək, həmçinin Ukraynanın müdafiə bazasını gücləndirmək. Birlik olduğunu deyə bilmərəm, amma belə bir qərarın qəbulu ilə bağlı güclü konsensus var”, - deyə o, bildirib.
Borrell qeyd edib ki, yekun qərar hələ qəbul edilməyib, lakin 21-22 martda keçiriləcək Aİ sammitindən əvvəl və ya iclas zamanı təsdiqlənə bilər.
Baxış sayı: 85
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
