Regionda baş verən münaqişələr kiberhücumlarla müşayiət edilirdi.
Fact-info.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov XI Qlobal Bakı Forumunda "Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması"adlı panel iclasında çıxışı zamanı deyib.
"Azərbaycan uzun illər kiberhücumların hədəfinə çevrilib. Aidiyyatı üzrə qurumlar kibertəhlükəsizliyə səylərini cəmlədi. Biz daha çox sürətli rəqəmsal tərəfdən inkişaf etdikcə, kibertəhlükəsizlik tədbirləri buna uyğunlaşa bilmir.
Dünyada kiberhücumlar artır. Bu sahədə ekspertlərə ehtiyac duyulur. Bizdə bu cür ciddi problemlərlə üzləşirik. Daha çevik və əlverişli strategiyalar işləyib hazırlamalıyıq. Beynəlxalq müqavilələrə, sazişlərə qoşulmalıyıq. Kibermüharibənin qarşısının alınması üçün bu labüddür",- deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.
Baxış sayı: 110
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
