Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Fact-info.az xəbər verir ki, təbrik məktubunda dövlətimizin başçısına və Azərbaycan xalqına Amerika Birləşmiş Ştatlarının xalqı adından xoş arzularını yetirən C.Bayden qeyd edib: “Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm. Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan ilə Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm”.
Baxış sayı: 120
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
