FACT-INFO.AZ » XƏBƏR » XI Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqət mərkəzindədir
16-03-2024, 10:30 | XƏBƏR
XI Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqət mərkəzindədir

Azərbaycanın mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin uğurla keçirilməsində zəngin təcrübəsi var. Artıq işğaldan azad edilmiş Şuşa şəhəri də nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi edir. Bu günlərdə ölkəmiz daha bir əhəmiyyətli tədbirə qucaq açdı. Təbii ki, söhbət “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumundan gedir. Bu forum Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Forum iştirakçılarının sayının rekord həddə olması da bundan xəbər verir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının olması forumun mühüm əhəmiyyət kəsb etməsinə və nəhəng intellektual potensialına dəlalət edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların nüfuzlu siyasi xadim olmaları hər il Bakıda keçirilən müzakirələrin müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.

Fact-info.az  xəbər verir ki,  bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.

Hüquq müdafiəçisi deyib ki, Prezident İlham Əliyevin Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumundakı çıxışı dünya birliyinin diqqət mərkəzindədir. Dünyanın aparıcı medialarında dövlət başçımızın çıxışının bəzi məqamları xüsusi olaraq diqqətə çatdırılıb. Prezident İlham Əliyevin çıxışı Rusiya mediası tərəfindən də geniş işıqlandırılıb. “News.ru” TASS, “RBK” agentlikləri, “Arqumentı i faktı”, “Lenta.ru”, “Qazeta.ru” və digər nəşrlər Azərbaycan Prezidentinin çıxışında sülhə çağırışların olmasından yazıblar. Sözügedən mətbu orqanlarda dövlət başçımızın Azərbaycanın Qarabağ məsələsi öz həllini tapdıqdan sonra sülh prosesini davam etdirməyə hazır olması və indi regionda düşmənçiliyə son qoymaq vaxtının yetişməsi barədə dediklərini oxuculara çatdırıblar.

Ç.Qənizadə Bakı Qlobal Forumunu yüksək dəyərləndirərək deyib ki, qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın, həqiqətən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var. Məlumdur ki, bu gün sürətlə dəyişən dünyada qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Bu baxımdan forum böyük əhəmiyyətə malikdir. Regionumuzdakı dəyişikliklərdən söhbət düşdükdə qeyd edilib ki, bir il bundan əvvəl burada ötən görüşlərdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Dövlətimizin başçısı bir daha diqqətə çatdırıb ki, uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu 28 il ərzində heç bir irəliləyişə nail ola bilmədi. Forum iştirakçılarına da bəlli oldu ki, Minsk qrupunun əsas məqsədi münaqişəni nizamlamaq yox, onu dondurmaq, Ermənistanın Azərbaycan ərazisinin 20 faizinin işğalını əbədi etmək imiş. Dünyanın aparıcı paytaxtlarından ölkəmizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi. Bu da münaqişənin, guya, hərbi yolla həllinin olmaması imiş. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil. Azərbaycan isə bütün maneələrə, təhdid və təzyiqlərə baxmayaraq, münaqişənin hərbi-siyasi yolla həll etdi. İşğalçı Ermənistan üzərində qazanılan tarixi qələbə də faktiki olaraq təsdiqlədi ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir.

Hüquq müdafiəçisi deyib ki, dövlətimizin başçısı mövcud vəziyyətdən də söhbət açıb. Deyib ki, indi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Lakin hələ də ikili standartlar mərəzindən xilas ola bilməyən bəzi riyakar dövlət və beynəlxalq təşkilatlar Ermənistanın sülh müqaviləsi imzalamasına problem yaradır. Məsələn, Fransa. Bu ölkənin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi. Dövlətimizin başçısı Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı barədə də məlumat verdi. Qeyd etdi ki, Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin edilməməsinin özü vandalizm aktıdır. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir.

“Dövlətimizin başçısı qarşıya qoyulan bir sıra mühüm vəzifələr barədə də məlumat verdi. COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir”, – deyə Ç.Qənizadə bildirib.




Baxış sayı: 90
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031