FACT-INFO.AZ » AKTUAL » "Yaşadığımız yüzillik tariximizə türklərin müttəfiqləşmə əsri kimi daxil olacaq"
15-03-2024, 18:00 | AKTUAL
"Yaşadığımız yüzillik tariximizə türklərin müttəfiqləşmə əsri kimi daxil olacaq"

"Türk Dövlətləri Təşkilatının yaranması ilə türk dövlətləri arasında münasibətlərin canlanması və intensivləşməsi müşahidə olunur. Bu da təbiidir. Keçən 30 il ərzində hər bir türk dövləti öz müstəqilliyinin möhkəmləndirilməsi üçün zəruri olan bütün addımları atıb və hazırda öz inkişafının növbəti mərhələsinə- qarşılıqlı inteqrasiya proseslərinə tam hazırdır. Müasir türk respublikaları öz siyasi prioritetləri və coğrafiyası baxımından vahid türk geopolitik regionunu təşkil edirlər. Dünyada gedən qloballaşma prosesləri fonunda türk respublikaları arasında inteqrasiya prosesləri sadəcə arzu deyil, həm də tarixi-siyasi zərurətdir. Hazırda bu zərurət bütün türk xalqları və dövlətləri tərəfindən dərk edilməkdədir. Get-gedə intensivləşən münasibətlər də məhz bu dərkin nəticəsidir". Bu sözləriMilli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, son 2 ildə Qazaxıstan prezidentinin ölkəmizə üç səfəri və ya Prezident İlham Əliyevin Qazaxıstana dörd dəfə səfər etməsi bu proseslərin göstəricisidir: "Qazaxıstan və Azərbaycan çoxsaylı müştərək layihələrin iştirakçılarıdır. Ortaq dəhliz konsepsiyasının ən vacib seqmentləri kimi Azərbaycan və Qazaxıstanın uğurları bütövlükdə Avrasiya miqyaslı proseslərə birbaşa təsir edən mühüm amildir. Bu səbəbdən iki ölkə arasındakı münasibətlərin inkişafı və dərinləşməsi təkcə bizim ölkələrimiz üçün deyil, həm də bütövlükdə Avrasiya üçün olduqca əhəmiyyətlidir".

Deputat bildirib ki, Qarabağ münaqişəsinin tam həll olunub beynəlxalq gündəlikdən çıxması da dövlətlərimiz arasında münasibətlərin, o cümlədən iqtisadi-ticari, siyasi, mədəni- humanitar əlaqələrin daha da canlanmasına güclü təkan verib: "Prezident İlham Əliyevin inauqurasiya mərasimində xalqımızın türk ailəsinə mənsubluğunu vurğulaması da inteqrasiya proseslərinin hazırda özünün ən vacib mərhələsinə qədəm qoyduğundan xəbər verir. 6 müstəqil türk dövlətinin öz siyasətini TDT çərçivəsində uzlaşdırmaqla beynəlxalq siyasət müstəvisində vahid platformadan çıxış etməsi türk birliyini daha yüksək səviyyəyə çıxaracaq. Gələcəkdə Türk dövlətlərinin qlobal siyasət meydanında müstəqil güc mərkəzinə çevrilməsi bu gün aparılan inteqrativ proseslərin uğurundan asılıdır. Bu proseslər Avrasiyada daimi sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq. Heç şübhə etmirəm ki, yaşadığımız yüzillik müasir türk xalqlarının həyatına və tarixinə bütün türklərin müttəfiqləşmə əsri kimi daxil olacaq".




Baxış sayı: 195
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30