FACT-INFO.AZ » XƏBƏR » Qazaxıstan və Azərbaycan: Orta Dəhlizin qoşa dayağı
14-03-2024, 14:30 | XƏBƏR
Qazaxıstan və Azərbaycan: Orta Dəhlizin qoşa dayağı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il aprelin 10-da Qazaxıstana səfəri çərçivəsində keçirilən mətbuat konfransında olduqca önəmli fikirlər səsləndirmişdi: “Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı “Qarşılıqlı əlaqələrin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Müttəfiqlik Bəyannaməsi” imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərimizin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir... Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməyi diktə edir... Beləliklə, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir”. Dövlət başçımızın vurğuladığı “Bəyannamə” Azərbaycanın Türkiyədən sonra daha bir türk dövləti ilə bağladığı ikinci Müttəfiqlik Bəyannaməsi idi.

Bunu  Fact-info.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O qeyd edib ki, Bakı da Qazaxıstanın dövlət başçısı üçün “doğma liman”dır. Prezident Kasım-Jomart Tokayevin hələ 2022-ci il avqustun 24-də Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlər sırasında mümkün alternativlərdən biri kimi Bakı limanları vasitəsilə yükdaşımaların həyata keçirilməsi müzakirə olunmuşdu. Orta Dəhliz layihəsinin daha səmərəli fəaliyyət göstərməsi üçün hər iki ölkədə dəniz, hava və quru yol daşımaları üçün müasir infrastrukturun yaradılmasının vacibliyi vurğulanmışdı.

Artıq 30 ildən çox davam edən müstəqillik illəri ərzində Qazaxıstan–Azərbaycan münasibətləri hərtərəfli inkişaf yolu keçib. Bu iki türk dövləti bütün beynəlxalq platformalarda bir-birinin mövqeyini fəal surətdə dəstəkləyib və qarşılıqlı şəkildə bir-birinin müstəqilliyinin möhkəmlənməsinə əməli dəstək nümayiş etdiriblər. Qazaxıstan Rusiyanın hərbi kampaniyalarını dəstəkləməkdən imtina etsə də, Ermənistan-Azərbaycan müharibəsində Azərbaycanın maraqlarını müdafiə etməkdən çəkinməyib. Azərbaycan Ordusu Qazaxıstanın KTMT-dəki müttəfiqi Ermənistanı Qarabağda məğlub etsə də, bu, Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinin “ərazi bütövlüyünü bərpa etməsi” münasibətilə təbrik etməsinə mane olmadı. Ermənistan-Azərbaycan müharibəsindən az sonra 2020-ci il dekabrın 18-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının iclasında mehriban qonşuluq münasibətlərini qorumağa çağırış etdiyi çıxışında ölkəsinin Rusiya və Ermənistanla fikir ayrılığında olduğuna eyham vuraraq bəyan etmişdi ki, “bəli, biz iqtisadi potensialımız, tarixi dünyagörüşümüz baxımından bir-birimizdən fərqlənirik və hətta Dağlıq Qarabağ münaqişəsinin göstərdiyi kimi, geopolitik dünyagörüşümüz də fərqli ola bilər”. Prezident Tokayevin bu yanaşması geopolitikanın geosivilizasiya ilə harmoniya yaratdığı ən optimal bir məqamdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarus Prezidenti Aleksandr Lukaşenkonun nüvə silahına sahib olmaq üçün Qazaxıstanın Rusiya və Belarus İttifaqına qoşulması təklifini isə “zarafat” adlandırmışdı. Bir çox hallarda ciddi siyasətçilərin kiçik eyhamları belə onların hadisələrə dəqiq münasibətinin təzahürü olur. Tokayevin bu refleksiyasını da, əslində, tarixin təkərini geri döndərmək istəyənlərə istehzası kimi başa düşmək olar.

“Bu il martın 11-də Prezident Tokayevin Azərbaycana dövlət səfəri bir daha Azərbaycan-Qazaxıstan əlaqələrinin sıx müttəfiqlik və xalqlarımız arasında qardaşlıq münasibətlərinə əsaslandığını göstərdi. Dövlət başçılarımızın qarşılıqlı səfərlərinin xronologiyası dövlətlərimiz arasındakı münasibətlərin dinamizmin göstəricisi sayıla bilər. Belə ki, 2022-2023-cü illər ərzində Azərbaycan Prezidenti 4 dəfə Qazaxıstana, Qazaxıstan Prezidenti isə 3 dəfə Azərbaycana səfər edib. Qazaxıstan Prezidentinin budəfəki səfəri çərçivəsində 10 dövlətlərarası sənəd imzalanıb. Bu sənədlər enerji, nəqliyyat və yükdaşımalar, rəqəmsal inkişaf, elm, təhsil və səhiyyə, qarşılıqlı sərmayələrin qoyuluşu və s. sahələrdə qarşılıqlı əməkdaşlığın tənzimlənməsini və daha da gücləndirilməsini nəzərdə tutur. Hər iki ölkənin son illər ərzində böyük sərmayələr yatırdığı Trans Xəzər Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması, regional sülhün təmin edilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər də səfər zamanı müzakirə olunan əsas məsələlər sırasında olub. Prezidentlər TDT çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirib, bu təşkilatın doğma ölkələri birləşdirdiyini və böyük inkişaf potensialına malik olduğunu vurğulayıblar. Qazaxıstan və Azərbaycan Şərqlə Qərb arasında münasibətlərin bütün aspektlərinə mühüm təsir göstərən Orta Dəhliz konsepsiyasının ən vacib seqmentləri kimi Avrasiyada gedən ciddi geosiyasi transformasiya proseslərinin mərkəzində dayanırlar”, - deyə deputat bildirib.

O deyib: “Dövlət başçıları işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan dövləti tərəfindən tikilmiş Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın bu dəstək addımını xalqlarımız arasında dostluğun və qardaşlığın rəmzi adlandırıb. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə və Qarabağın işğaldan azad edilməsində ölkəmizə göstərdiyi siyasi-mənəvi və eləcə də həmin ərazilərdə bərpa-quruculuq işlərinə göstərdiyi dəstəyə görə Qazaxıstan dövlətinə və xalqına minnətdarlıq ifadə edib”.

C.Feyziyevin sözlərinə görə, bəzi siyasi təhlilçilər iddia edirlər ki, bu gün Mərkəzi Asiya “Rusiya ayısı ilə Çin əjdahası arasında qalıb”. Ancaq mövcud geosiyasi vəziyyət bir qədər fərqlidir. Belə ki, getdikcə daha aydın və dolğun ölçülər alan Mərkəzi Asiya geopolitikası bu məkanın Türk sivilizasiyası bətnindən doğulmuş müasir dövlətlərinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın daxili inteqrasiyasını başa çatdırmaq üzrədir. Bütövlükdə Mərkəzi Asiya türk dövlətlərinin Xəzərdən qərbə doğru daha iki türk dövləti – Azərbaycan və Türkiyə ilə münasibətləri isə tarixdə indiyədək olmadığı qədər səmimi və yaxındır. Mərkəzi Asiya-Qafqaz-Qərbi Asiya türk dövlətləri indi sadəcə olaraq deklarativ şəkildə bir-birini dəstəkləmirlər, onlar vahid siyasi platformada birləşmənin konstruktiv əsaslarını yaradırlar. Qazaxıstan da Mərkəzi Asiyada elə bir siyasət yürüdür ki, regionun türk dövlətləri arasında münasibətlərini zədələyə biləcək hansısa “təhlükəli element” müttəfiqləşmə prosesinin qarşısını ala bilməsin. Neoimperializm düşüncəsi ilə hərəkət edən, stereotip qəliblərlə düşünən bir çox geopolitiklər “Böyük Oyunun” qızğın çağında (1904) Halford Makkinderin irəli sürdüyü nəzəriyyəni hələ də az qala müqəddəs ayə kimi təkrar edirlər: “İçtorpağı (yəni Mərkəzi Asiyanı) idarə edən Dünya adasına (yəni Avrasiyaya) hökm edir; Dünya adasını idarə edən bütün Dünyaya hökm edir”. Ancaq onlar unudurlar ki, indi Mərkəzi Asiya “Britaniya şiri”, “Rusiya ayısı” və “Çin əjdahası” arasında qalan, feodal dağınıqlığı içərisində bir-birindən qopub-səpələnən çarəsiz toplumların torpağı deyil. Bugünkü Mərkəzi Asiya milli özünüdərk səviyyəsinə yüksəlmiş intellektual cəmiyyətlərin qurduğu suveren respublikaların inteqral geopolitik məkanı – Türkistandır. Qərb, Rusiya, Çin və s. dövlətlərlə tərəfdaşlıq əlaqələrindən fərqli olaraq, Qazaxıstanın eyni siyasi taleyi bölüşən Mərkəzi Asiya respublikaları ilə münasibətləri türk sivilizasiyasının beşiyində böyümüş doğma xalqlarla müttəfiqliyin ən yüksək səviyyəsində qurulmaqdadır. Mövcud siyasi reallıqların həssas nöqtələrini və incəliklərini nəzərə alan Qazaxıstan qardaş Özbəkistan, Türkmənistan və Qırğızıstanla münasibətlərini bütün perspektiv istiqamətlər üzrə inkişaf etdirir. Türk dünyası üçün milli maraqların, universal tarixi və geopolitik dünyagörüşlərinin qovuşduğu, bir vəhdət təşkil etdiyi effektli fəaliyyət sferası isə türk dövlətlərinin müştərək siyasəti və bu siyasətin funksional institutu olan Türk Dövlətləri Təşkilatıdır.




Baxış sayı: 165
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş biblioqrafik göstərici Bu gün, 16:00 Türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir Bu gün, 11:30 Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib Bu gün, 11:30 Prezident Beynəlxalq Konfrans İştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:00 Yüksək qan təzyiqinin gizli təhlükəsi haqqında Bu gün, 09:30 COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub Bu gün, 08:30 İrəvan Teatrında “Stalin – İzm” tamaşasına ictimai baxış olub Bu gün, 08:30 NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik Bu gün, 07:30 Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafiki açıqlanıb Dünən, 19:30 Transxəzər fiber-optik layihəsi üçün kabel "Azərbaycan" gəmisi ilə Bakıya çatdırılıb Dünən, 16:30 Президенту Туркменистана преподнесен в дар карабахский скакун Dünən, 15:30 Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə diqqət yetiriblər Dünən, 15:00 Presidents Ilham Aliyev and Serdar Berdimuhamedov viewed bullet-riddled busts of Azerbaijan’s prominent figures in Shusha Dünən, 14:30 Qarabağda aparılan yenidənqurma işləri beynəlxalq platformada Dünən, 11:30 XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir Dünən, 11:00 Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinə Türkmənistanın dəstəyi yüksək qiymətləndirilib Dünən, 09:00 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır Dünən, 09:00 Qazaxıstan Orta Dəhlizin inkişafı üçün razılaşmalar əldə edib Dünən, 09:00 Qalibaf: İran Hörmüz boğazını beynəlxalq qaydalara uyğun idarə edəcək Dünən, 08:30 Nazirlər Kabineti QHT-lərin maliyyələşdirilməsi ilə bağlı “bir pəncərə” sisteminin tətbiqinə dair qaydaları təsdiq edib 22-06-2026, 17:30 Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir 22-06-2026, 17:00 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 22-06-2026, 16:30 Vətəndaş İctimai Nəzarət Platformasının Təşəbbüs Qrupu yaradılıb 22-06-2026, 15:00 NİİM piyadalara müraciət edib 22-06-2026, 11:30 Sovet repressiyasının sındıra bilmədiyi şəxsiyyətlər 22-06-2026, 11:30 Azərbaycan tarixşünaslığının banisi 22-06-2026, 10:00 FHN çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmasına çağırıb 22-06-2026, 09:30 “Uzaq yolların işığı”nda 22-06-2026, 08:30 Ağdam şəhərində peşə kursuna başlanılıb 22-06-2026, 08:30 İrəvan Azərbaycan Pedaqoji Texnikumunun məzunu İslam Adıgözəlov və onun “Vurğunun” şeiri 21-06-2026, 14:30
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930