FACT-INFO.AZ » XƏBƏR » "COP29-un Azərbaycanda keçirilməsi tariximizin ən mötəbər və məsuliyyətli təbirlərindəndir"
14-03-2024, 10:30 | XƏBƏR
"COP29-un Azərbaycanda keçirilməsi tariximizin ən mötəbər və məsuliyyətli təbirlərindəndir"

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi tariximizin ən mötəbər və məsuliyyətli təbirlərindən biridir".

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycanın bu tədbirə ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

“Dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu bu mühüm beynəlxalq platformanın Azərbaycanda təşkili həm də ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir. Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qarşıya qoyduğu məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb”, - nazir müavini bildirib.

S. Məmmədov vurğulayıb ki, böyük enerji şirkətləri ilə icra edilən yaşıl layihələr ölkəmizin təmiz enerji ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb: “Qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir və icra edir”.

Nazir müavini bildirib ki, BMT-nin hesablamalarına görə, əgər 2050-ci ilə qədər dünya əhalisi 9,8 milyarda çatarsa, mövcud həyat tərzini saxlamaq üçün lazım olan təbii resursları təmin etmək üçün demək olar ki, üç planetin ekvivalenti tələb olunacaq.

“Yüksək gəlirli ölkələrdə adambaşına düşən karbon izi aşağı gəlirli ölkələrin səviyyəsindən 10 dəfə yüksəkdir. Sağlamlıq böhranı və çirklənmə indiki və gələcək nəsillər üçün optimal həyat şəraitinin təmin edilməsinə maneə olan əsas amillərdir. Bu kontekstdə yaşıl xidmətlərə üstünlük verilməsi, yaşıl nəqliyyat vasitələrinin seçilməsi ilə çirklənmənin azaldılması və fərdi səviyyədə görülən hər hansı digər ekoloji təmiz tədbirlər kimi müəyyən edilən ekoloji istehlak əhalinin sağlamlığının qorunmasında böyük rol oynayır”, - deyə Sahib Ələkbərov əlavə edib.

S.Məmmədov qeyd edib ki, istehlakın bir çox aspektləri var ki, sadə dəyişikliklər bütövlükdə cəmiyyətə böyük təsir göstərə bilər: “Sənaye təşkilatları yaşıl marketinq strategiyaları vasitəsilə istehlakçı seçimlərinə təsir etməkdə mühüm rol oynayır. Qlobal çağırışlara əsasən hökumətlər tullantıların istehsalının azaldılması üçün hədəflərin müəyyən edilməsi, dairəvi iqtisadiyyat təcrübələrinin təşviqi və davamlı satınalma siyasətlərinin dəstəklənməsi kimi tədbirləri əhatə edən siyasət və qaydaları həyata keçirməli və tətbiq etməlidir”.




Baxış sayı: 135
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30