UNESCO-nun mədəni irslə bağlı siyahısına türk xalqlarının 47 maddi mədəniyyət abidəsi daxil edilib. Halbuki, siyahıya salınacaq türk mədəni irsinə məxsus abidələrin sayı bundan daha çoxdur.
Fact-info.az xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması - UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, hər bir xalqın varlığı onun maddi və qeyri-maddi mədəni irsi ilə ölçülür: “Bunları itirən xalq mədəni simasını itirir və tədricən məhv olmağa məhkumdur. Türk xalqlarının qədim birgə mədəniyyəti mövcuddur. Avrasiyada, o cümlədən Avropanın bir sıra yerlərində geniş yayılmış türk xalqlarının mədəniyyəti var. Böyük coğrafiyada yayılmış türk xalqlarının mədəniyyətləri də coğrafi nöqteyi- nəzərdən bir birindən fərqlənir. Lakin həmin mədəni irsin oxşarlıqları da mövcuddur”.
Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Baxış sayı: 90
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
