AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” seriyasından dördüncü kitab nəşrdən çıxıb. Kitab 2017, 2019 və 2021-ci illərdə işıq üzü görən üçcildliyin davamıdır.
Kitabda Fərman Xəlilovun Naxçıvanın elmi, ədəbi və mədəni mühitindən bəhs edən məqalələri, müsahibələri yer alıb. XX əsr və XXI əsrin ilk onilliklərində Naxçıvanın elmi, ədəbi və mədəni həyatı ilə bağlı ictimai əhəmiyyətə malik müxtəlif məsələlər məqalələrin ümumi məzmununu təşkil edir. Buradakı məqalələrin müəyyən hissəsi indiyədək müxtəlif qəzet və jurnallarda dərc olunmuş, bir qismi isə ilk dəfə olaraq kitaba daxil edilmişdir.
Qeyd edək ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, rəyçisi filologiya elmləri doktoru, professor İslam Qəriblidir. Əsər “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunub.
Baxış sayı: 135
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
