Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində keçirilən “Terrorizmin qurbanları – Beynəlxalq Standartlar və Yaxşı Təcrübələr. Terrorizm Qurbanlarına dair BMT-nin Qanunvericilik Müddəaları Modelinin milli tətbiqi istiqamətində” mövzusunda tədbirdə Azərbaycanın üzləşdiyi mina problemlərindən danışıb.
O, Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi mina terroru, həmin terror nəticəsində ölkənin ətraf mühitinə vurduğu ziyandan söz açıb.
A.Abbasov Ermənistanın Azərbaycan ərazisində təqribən 1.5 milyon mina yerləşdirdiyini deyərək bu gün də mülki şəxslərin, o cümlədən qadın və uşaqların mina terrorunun qurbanı olduğunu vurğulayıb.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru sonda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi kimi mina xəritələrinin Azərbaycana təqdim olunması üçün Ermənistana çağırış edib.//"Report"
Baxış sayı: 110
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
