FACT-INFO.AZ » İQTİSADİYYAT » "Məcburi köçkünlərin 95 faizi doğma yurdlarına qayıtmaq niyyətindədir" - Dövlət Komitəsi
13-03-2024, 11:30 | İQTİSADİYYAT
"Məcburi köçkünlərin 95 faizi doğma yurdlarına qayıtmaq niyyətindədir" - Dövlət Komitəsi

"Məcburi köçkünlərin 95 faizi öz doğma yurdlarına qayıtmaq niyyətindədir".

Fact-info.az xəbər verir ki, bu, "Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi çərçivəsində həyata keçirilən sorğu nəticəsində məlum olub.

Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Diplomatiya Akademiyası İnkişaf və Diplomatiya İnstitutu və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu tərəfindən reallaşdırılıb.

Layihənin təqdimat mərasimində koordinator Rəsmiyyə Abdullayeva bildirib ki, sorğu zamanı məcburi köçkünlərin qayıdışla bağlı arzu və təklifləri öyrənilib, onların doğma yurda dönüş barədə qərarlarına təsir edən amillər müəyyənləşdirilib, ilkin proqnozlar hazırlanıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma və iqtisadi dirçəliş üçün bütün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Hazırda Dövlət Proqramının Tədbirlər Planı üzrə intensiv iş aparılır, qayıdış prosesi uğurla davam etdirilir.

Layihə çərçivəsində “fokus-qrup” sorğular tədqiqatın əsas metodu kimi seçilib. Sorğulara Şuşa, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Füzulidən olan 170 respondent cəlb olunub.

Sorğu zamanı keçmiş məcburi köçkünlərin 95 faizinin öz doğma yurd-yuvasına qayıtmaq niyyətində olduğu bir daha təsdiqlənib.

Dövlət Komitəsinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda tədqiqatın nəticələri geniş müzakirə edilib, rəy və təkliflər bildirilib. Tədqiqata dair yekun hesabatda bunların nəzərə alınacağı bildirilib.




Baxış sayı: 55
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30